Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 9
№ 9 Bakı şəhəri, 22 yanvar 2016-cı il
“2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 yanvar tarixli 9nömrəli qərarı ilə təsdiq edilmişdir
2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə
TƏDBİRLƏR PROQRAMI
1.Giriş
Hemofiliya xəstəliyi insan qanında bəzi laxtalanma faktorlarının (VIII və IX faktorlar) irsən çatışmazlığı nəticəsində əmələ gəlir. Hemofiliya irsi qan xəstəliyi olaraq ana tərəfindən ötürülür və əsasən oğlan uşaqlarında özünü büruzə verir.
Azərbaycanda rəsmi statistikaya əsasən hemofiliyalı xəstələrin sayı 1500-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır.
Hemofiliyalı xəstələrə mütəmadi olaraq laxtalanma faktorları vurulmadıqda dəfələrlə baş verən qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.
Son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm işlər görülmüşdür.
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 224 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına və hemofiliyanın inhibitor formasının müalicəsinin tətbiqinə imkan vermişdir. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzadılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur. Göstərilən Tədbirlər Proqramı çərçivəsində bir neçə hemofiliyalı xəstəyə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda oynaqların müasir endoprotezlərlə əvəz olunması əməliyyatları aparılmışdır. İrsi qan xəstəliklərindən, o cümlədən hemofiliyadan əziyyət çəkən xəstələrə tibbi yardımın yaxınlaşdırılması məqsədi ilə rayonlarda hematoloji kabinetlər təşkil olunmuşdur.
Hemofiliyalı xəstələrin qeydiyyatını aparmaq, onların məlumat bazasını yaratmaq məqsədi ilə xəstələrin registri tərtib olunmuşdur ki, bu da dərman preparatlarının istifadəsinə nəzarətin həyata keçirilməsində və xəstələrə göstərilən tibbi yardımın qiymətləndirilməsində mühüm rol oynayır.
Adıçəkilən Tədbirlər Proqramı çərçivəsində 100-dən artıq mütəxəssis müvafiq təlimlər keçmiş, bu sahədə çalışan mütəxəssislərin xarici ölkələrdə keçirilən konfrans və simpoziumlarda iştirakı təmin edilmişdir. Hemofiliyanın müalicəsinə dair 2 klinik protokol, 5 tədris vəsaiti, tövsiyələr və 2 jurnal çap olunmuşdur.
Eyni zamanda, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi, faktor preparatları ilə müalicə nəticəsində baş verən ağırlaşmaların aradan qaldırılması, xəstələrə ilkin yardımın yerlərdə göstərilməsinin təşkili, kiçik yaşlı uşaqlarda birincili profilaktikanın təkmilləşdirilməsi, artropatiyaların cərrahi müalicə üsullarının tətbiqi istiqamətində tədbirlərin davam etdirilməsinə ehtiyac vardır.
“2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrəTədbirlər Proqramı” (bundan sonra-Tədbirlər Proqramı) hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlmişdir.
2. Tədbirlər Proqramının məqsədi və əsas vəzifələri
2.1. Tədbirlər Proqramının məqsədi hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasından, hemofiliya nəticəsində əmələ gələn əlilliyin və ölüm hallarının azaldılmasından ibarətdir.
2.2. Tədbirlər Proqramının əsas vəzifələri aşağıdakılardır:
2.2.1. hemofiliyanın fəsadlarının diaqnostikasının, müalicəsinin və profilaktikasının təkmilləşdirilməsi;
2.2.2. hemofiliya xəstəliyinə düçar olmuş şəxslərin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması;
2.2.3. hemofiliya xəstəliyinin müalicəsi və profilaktikası üzrə tibb mütəxəssislərinin hazırlanması və onların ixtisaslarının artırılması.
3. Monitorinq və qiymətləndirmə
3.1. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
4. Tədbirlər Proqramının maliyyələşdirilməsi
4.1. Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.
5. Tədbirlər Proqramının həyata keçirilməsindəngözlənilən nəticələr
5.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
5.1.1. hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi;
5.1.2. hemofiliyalı xəstələrin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması;
5.1.3. hemofiliya xəstəliyinin fəsadlarının və bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması.
6.Tədbirlər Proqramının həyata keçirilməsi üzrə Fəaliyyət Planı
Sıra
№-si Tədbirin adı İcraçı təşkilatlar İcra müddəti
(illər üzrə)
1 2 3 4
6.1. Hemofiliyalı xəstələrin müalicəsinin təşkili
6.1.1. Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə onların faktor preparatları ilə təmin edilməsi Səhiyyə Nazirliyi 2016-2020
6.1.2. İrsi qan xəstəliklərinin müalicəsi üzrə rayonlararasıhematoloji kabinetlərdə hemofiliyalı xəstələrə qanaxma zamanı ilkin yardımın göstərilməsinin təşkil edilməsi Səhiyyə Nazirliyi 2016
1 2 3 4
6.1.3. Kiçik yaşlı hemofiliyalı uşaqlarda erkən əlilliyin qarşısının alınması məqsədi ilə birincili profilaktikanın tətbiq edilməsi Səhiyyə Nazirliyi 2016-2017
6.1.4. Hemofiliyalı xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədi ilə artroskopiksinovektomiyanın tətbiqi Səhiyyə Nazirliyi 2016-2017
6.1.5. Hemofiliyalı xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə ağırlaşma hallarında ikincili profilaktikanın tətbiq edilməsi Səhiyyə Nazirliyi 2016-2020
6.1.6. Hemofiliya üzrə metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması Səhiyyə Nazirliyi 2016-2018
6.1.7. Hemofiliyalı xəstələrin registrının təkmilləşdirilməsi Səhiyyə Nazirliyi 2016-2017
6.2. Hemofiliyaya dair maarifləndirmə
6.2.1. Hemofiliyaya dair elmi-kütləvi ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap etdirilməsi Səhiyyə Nazirliyi 2016-2017
6.3. Kadr hazırlığı
6.3.1. Hemofiliya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə) Səhiyyə Nazirliyi 2016-2020
6.3.2. Hemofiliya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi Səhiyyə Nazirliyi 2016-2020
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
28 Mart
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
28 Mart
Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib ...
28 Mart
D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır
28 Mart
Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət alb...
28 Mart
Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub ...
28 Mart
Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur ...
28 Mart
Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər
28 Mart
BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
28 Mart
Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!