08:48 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 414
ANA SƏHİFƏ / NAZIRLƏR KABINETI
12:10 19.10.2016

 

№ 414                                    Bakı şəhəri, 17 oktyabr 2016-cı il

 

“Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Reklamı qadağan olunan əmtəələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 17oktyabr tarixli 414nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Reklamı qadağan olunan əmtəələrin

 

SİYAHISI

 

Sıra №-si

Əmtəələrin adı

1.

Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr

2.

İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə  lisenziya verilməyən əmtəələr

3.

Həkim resepti əsasında buraxılan dərman vasitələri

4.

Dopinq vasitələri

5.

İstifadəsinə  (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş  tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları

6.

Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər

7.

Süni mayalanma üzrə tibbi xidmətlər

8.

Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar

9.

Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar

10.

Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar

11.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri

12.

Qumar oyunları

13.

Pornoqrafiya

14.

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr

15.

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM