08 Oktyabr 2016 01:10
827
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 381

 

№ 381                                     Bakı şəhəri, 5 oktyabr 2016-cı il

 

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin  müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin  yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin  uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 5oktyabr tarixli 381nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin  uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəa

 

1.1. BuQayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci 27 oktyabr il tarixliFərmanının 4.8-ci bəndinə uyğun olaraq hazırlanmışdır və “Azərbaycan İpoteka Fondu”ASC-ninuzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini müəyyən edir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. dövlət zəmanəti - Zamin tərəfindən Emitentin emissiya etdiyi dövlət zəmanəti ilə təmin edilmiş ipoteka istiqrazları (bundan sonra – ipoteka istiqrazları) üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı məqsədi ilə verilmiş yazılı öhdəlik;

2.1.2. Emitent - ipoteka istiqrazlarının emissiyasını bu Qaydaya uyğun həyata keçirən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti;

2.1.3. Emitentin ödəniş agenti - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi. Emitentin ödəniş agentinin əsas funksiyasına istiqrazlar üzrə öhdəliklərin yerinə yetirilməsi daxildir;

2.1.4. istiqrazın emissiyası haqqında qərar – ipoteka istiqrazlarının buraxılması haqqında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin qərarı;

2.1.5. istiqraz mülkiyyətçiləri - istiqrazlar üzrə mülkiyyət hüququ mərkəzi depozitarda qeydə alınmış hüquqi və ya fiziki şəxslər;

2.1.6. Zamin - Azərbaycan Respublikası adından çıxış edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

2.1.7. Zaminin ödəniş agenti - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi.

 

3. İpoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri

 

3.1.Azərbaycan Respublikası adından dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrasını təmin edən icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) çıxış edir.

3.2. Zamin tərəfindən dövlət zəmanəti üzrə öhdəliklər ipoteka istiqrazlarının emissiya şərtlərində nəzərdə tutulmuş ipoteka istiqrazlarının nominal dəyəri və (və ya) onlar üzrə qismən və ya tam faiz ödənişləri üzrə öhdəliklərinEmitent tərəfindən yerinə yetirilmədiyi təqdirdə icra edilir. Emitent tərəfindən ipoteka istiqrazlarının mülkiyyətçiləri qarşısında digər öhdəlikləringecikdirilmiş icrası və ya icra olunmaması zaminlik predmetinə aid edilmir.

3.3. Emitentin ipoteka istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alındığı andan etibarən dövlət zəmanəti qüvvəyə minir və zəmanət ipoteka istiqrazlarının dövriyyə müddəti ərzində qüvvədə qalır. İpoteka istiqrazları üzrə öhdəliklərin icrası tam başa çatdıqdan sonra zəmanətə xitam verilir. 

3.4. Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının nominalı Azərbaycan Respublikasının milli valyutasında ifadə edilir.

3.5. Emitent tərəfindən emissiya edilən ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği Zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınır.

3.6. Emitentin emissiya etdiyi ipoteka istiqrazları üzrə dövlət zəmanətinin xüsusi şərtləri Zamin ilə Emitent arasında bağlanan Zəmanət Sazişi ilə müəyyən olunur. Zəmanət Sazişində emissiya edilən ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsinin əsas şərtləri, Zaminin və Emitentin hüquq və öhdəlikləri təsbit olunur.

3.7. Emitentin emissiya etdiyi ipoteka istiqrazları dövriyyədə olduğu müddətdə Emitent tərəfindən cəlb edilən bütün kreditor borcları, o cümlədən zəmanətsiz emissiya ediləcək istiqrazların buraxılışı Zaminlə razılaşdırılır.

3.8. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

4. İpoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi mexanizmi

 

4.1. Emitent hər il sentyabr ayının 1-dək dövlət zəmanətinin verilməsi üzrə rəsmi müraciətlə yanaşı, aşağıdakı sənədləri Zaminə təqdim edir:

4.1.1 ipoteka istiqrazlarının emissiyası haqqında qərar;

4.1.2. dövlət zəmanəti tələb edilən borcalmanın məqsədini şərh edən biznes-plan;

4.1.3. növbəti il ərzində buraxılması nəzərdə tutulan istiqrazların, o cümlədən, ipoteka istiqrazlarının emissiyası haqqında məlumat (buraxılışların həcmi, ehtimal olunan gəlirlilik dərəcəsi, faizlərin ödənilməsi qaydası);

4.1.4. müstəqil auditor tərəfindən təsdiq edilmiş son iki il üçün maliyyə hesabatları;

4.1.5. kredit təşkilatlarına borcu, digər borcları və onlara xidmət göstərilməsi haqqında məlumatı özündə əks etdirən İdarə Heyəti sədrinin məktubu;

4.1.6. lisenziyaya malik olan investisiya şirkəti və ödəniş agenti ilə müqavilə.

4.2. Zamin təqdim edilmiş sənədlər əsasında müvafiq il üzrə daxili dövlət borcunun yuxarı həddinə (limitinə) uyğun olaraq dövlət zəmanətinin məbləğini müəyyən edir və bu məbləğ çərçivəsində ipoteka istiqrazlarının nominal dəyərinin və (və ya) onlar üzrə qismən və ya tam faiz ödənişlərinin dövlət zəmanəti ilə təmin edilməsinə dair qərar verir və dövlət zəmanəti Maliyyə Nazirliyi tərəfindən imzalanır. Qərar verildikdən sonra Zaminlə Emitent arasında Zəmanət Sazişi bağlanılır.

4.3. Emitent dövlət zəmanəti ilə təmin edilmiş ipoteka istiqrazlarının hər buraxılışı zamanı həmin ipoteka istiqrazlarının yerləşdirmə qiymətini Zaminlə razılaşdırır. İpoteka istiqrazlarının yerləşdirmə qiyməti Zamini qane etmədiyi təqdirdə, Zamin həmin istiqraz buraxılışına dövlət zəmanətinin verilməsindən imtina etmək hüququna malikdir.

4.4. İpoteka istiqrazlarının yerləşdirilməsi başa çatdıqdan sonra Emitent tərəfindən hər bir hərracın nəticələri haqqında hesabat Zaminə təqdim edilir.

4.5. Emitent tərəfindən ipoteka istiqrazları vasitəsilə əldə edilmiş vəsaitin istifadəsi haqqında icmal-hesabat Zaminə rüblük olaraq təqdim edilir.

 

5. İpoteka istiqrazlarının emissiyasının illik həcmi, güzəştli ipoteka kreditlərinin

maliyyələşdirilməsinə yönəldilən hissəsi

 

5.1. “Azərbaycan İpoteka Fondu” ASC-nin uzunmüddətli ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi barədə təkliflər ətraflı bazar araşdırmasına əsaslanaraq həmin Cəmiyyətin İdarə Heyəti tərəfindən Müşahidə Şurasına təqdim edilir.

5.2. Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edir.

5.3. Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa daxil edilməsi üçün daxili dövlət borclanmasının yuxarı həddi (limiti) barədə təkilflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video