29 Sentyabr 2016 01:09
807
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 363

 

№ 363                                                Bakı şəhəri, 23 sentyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 861, N 9, maddə 923, N 10, maddə 1021, N 12, maddə 1331; 2009, N 1, maddələr 22, 32, N 2, maddə 150, N 4, maddələr 282, 293, N 8, maddələr 674, 675, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 2, maddələr 146, 161, N 11, maddə 1040; 2011, N 1, maddə 54, N 5, maddə 447, N 9, maddə 855; 2012, N 5, maddə 475, N 8, maddə 817, N 10, maddə 1028, N 11, maddə 1204, N 12, maddələr 1363, 1388; 2013, N 1, maddə 73, N 8, maddələr 1015, 1038, N 10, maddə 1219; 2014, N 1, maddə 69, N 3, maddə 312, N 6, maddə 736, N 7, maddə 918, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 612, N 6, maddə 799, N 11, maddə 1413; 2016, N 2, II kitab, maddə 381, N 4, maddələr 781, 831, N 5, maddə 955, N 7, maddə 1342; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 301 nömrəli və 23 avqust tarixli 313 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 9.1-ci bəndi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 9.2-ci bənd əlavə edilsin:

9.1.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi

9.2.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video