22 Sentyabr 2016 01:09
842
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 348

 

№ 348                      Bakı şəhəri, 20 sentyabr 2016-cı il

 

“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 919 və 9 iyun tarixli 935 nömrəli fərmanlarının 2.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bölmənin ikinci hissəsindən “, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın” sözləri çıxarılsın.
2. 2-ci bölmə üzrə:
2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin aşkar edilməsi və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilir.”;
2.2. ikinci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması;”;
2.3. ikinci hissənin dördüncü abzasından “nəqliyyat vasitələri üzərində nəzarət,” sözləri çıxarılsın, həmin abzasda “onların” sözü “nəqliyyat vasitələrinin” sözləri ilə əvəz edilsin;
2.4. altıncı abzas çıxarılsın.
3. 3-cü bölmənin birinci hissəsi üzrə:
3.1. üçüncü abzasdan “və nəqliyyat vasitələrinin” sözləri çıxarılsın;
3.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada nəzarət-buraxılış məntəqələrindən şəxslərin buraxılmasını həyata keçirmək;”;
3.3. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını müstəqil surətdə və ya gömrük orqanları ilə birlikdə almaq;”;
3.4. yeddinci abzasda “MTN” abreviaturası “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin.
4. 4-cü bölmənin birinci hissəsi üzrə:
4.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“dövlət sərhədindən keçən şəxslərin üzərində odlu silahın axtarışı məqsədi ilə texniki vasitələri tətbiq etmək;”;
4.2. onuncu abzas aşağıdakı redaksiyada verilsin:
“şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə baxış keçirilməsini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş hallarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək;”;
4.3. on birinci abzas aşağıdakı redaksiyada verilsin:
“əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılmasını təmin etmək;”;
4.4. on ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“dövlət sərhədindən qanunsuz keçirilən narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı, odlu silah və döyüş sursatını, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarını, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialları və avadanlıqları götürmək;”.
5. 5-ci bölmə üzrə:
5.1. birinci hissədən “nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakların” sözləri çıxarılsın;
5.2. dördüncü hissədə “məntəqələri” sözü “məntəqələrindən” sözü ilə əvəz edilsin və həmin hissədən “tərəfindən sərhəd və” sözləri çıxarılsın.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video