13 Avqust 2016 12:08
743
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 303

 

№ 303                                    Bakı şəhəri,  11 avqust 2016-cı il

 

“Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 292-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 946 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 11 avqust

tarixli 303 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə və Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 82-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası vergi orqanlarının büdcədənkənar fondunun (bundan sonra - Fond) formalaşdırılması, smetasının tərtibi və təsdiq olunması ilə bağlı məsələləri, habelə Fondun vəsaitlərindən istifadə qaydalarını müəyyən edir.  

1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşır və vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə istifadə edilir. 

1.3. Fondun vəsaitləri Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra - Vergilər Nazirliyi) operativ sərəncamında olur və istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

 

2. Fondun formalaşdırılması və smetasının təsdiqiqaydaları

 

2.1. Fonda vəsaitin ayrılması vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi həcmində hesabat dövrünün faktiki mədaxillərinin azaldılması hesabına həyata keçirilir. Bu azalma neft sektoru üzrə daxilolmalardan bu sektor üzrə daxilolmaların ümumi daxilolmada xüsusi çəkisinə uyğun aparılır.

2.2. Fondun vəsaitlərinin toplanması və həmin vəsaitlərdən istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Vergilər Nazirliyi üçün xüsusi xəzinə hesabı (bundan sonra - xüsusi hesab) açılır.

2.3. Fondun gəlirlərinin və xərclərinin məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır. Növbəti il üzrə Fondun gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə, cari ilin iyul ayının 1-dək aşağıdakısənədlər və məlumatlar təqdim edilir:

2.3.1. gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın istiqamətləri üzrə) keçən ildə faktiki və cari ildə gözlənilən icrası;

2.3.2.gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın istiqamətləri üzrə) keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.3.3. növbəti il üçün təklif olunan vəsaitlər üzrə gəlirlərin məbləği (büdcə gəlirlərinin təsnifatının kodları üzrə);

2.3.4. növbəti il üçün gəlirlərin  və xərclərin proqnozuna dair hesablamalar;

2.3.5. növbəti il üçün gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə)  və xərclərin (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) layihəsi;

2.3.6. izahat məlumatları.

2.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra- Maliyyə Nazirliyi) cari ilin iyul-avqust aylarında Vergilər Nazirliyi ilə növbəti il üçün Fondun gəlirlərinin və xərclərinin layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələrinə uyğun olaraq gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) protokolla rəsmiləşdirilir.

2.5. Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar Maliyyə Nazirliyi tərəfindən baxılarkən, məqsədyönlü, səmərəli və düzgün istifadə edilməsinə və digər əsas iqtisadi göstəricilərə diqqət  yetirilir.

2.6. Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 10(on) gün müddətində protokolla rəsmiləşdirilmiş Fondun gəlir (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərc (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir.

2.7. Smetanın bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələr isə Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə təqdim edilir.

2.8. Büdcə ilinin hər ayı üzrə dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 50 faizi Vergilər Nazirliyinin müraciəti daxil olduqdan sonra 10(on) iş günü müddətində Maliyyə Nazirliyi tərəfindən xüsusi hesaba köçürülür.   

2.9. Fondun gəlirlərinin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə)  layihələri üzrə aparılmış müzakirələrin nəticələrinə dair protokolla rəsmiləşdirilmiş məbləğlər, habelə təsdiq edilmiş smetasında dəyişikliklər yalnız əsaslandırılmış arayış əsasında dəyişdirilir.

 

3. Fondun vəsaitinin vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş hissəsinin istifadə istiqamətləri

 

3.1. Fondun vəsaitinin vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılma-sına;

3.1.2. işçilərin həvəsləndirmə tədbirlərinə;

3.1.3. işçilərə maddi yardımın göstərilməsinə;

3.1.4. vergi orqanlarının işçiləri üçün səhiyyə xidmətlərinin təşkili, müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə;

3.1.5. vergi orqanlarının işçiləri üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;

 

4. İşçilərin mükafatlandırılması və həvəsləndirilməsi

 

4.1. Vergi orqanlarının işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.

4.2. Vergi orqanlarının işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.2.3. normativ-hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Azərbaycan Respublikasının vergilər naziri (bundan sonra – nazir) tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandıra bilər.

4.4. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən edilir.

4.5. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.

4.6. İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında nazirin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

 

5. Fondun vəsaitinin vergi orqanlarının maddi-texniki bazanın möhkəmləndirilməsinə, vergi sahəsində elmi-texniki potensialın artırılmasına yönəldilənhissəsinin istifadə istiqamətləri

 

5.1. Fondun vəsaitinin vergi orqanlarının maddi-texniki bazanın möhkəmləndirilməsinə, vergi sahəsində elmi-texniki potensialın artırılmasına yönəldilənhissəsi büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq aşağıdakı təyinatlara xərclənir:

5.1.1. malların (işlərin və xidmətlərin) alınmasına;

5.1.2. qeyri-maliyyə aktivlərinin alınmasına;

5.1.3. maddi-texniki bazanın möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə;

5.1.4. inzibati və təsərrüfat təyinatlı binaların tikintisi, onların əsaslı və cari təmirinə.

 

6. Yekun müddəalar

 

6.1. Fondun vəsaitlərinin mühasibat uçotu müvafiq normativ-hüquqi sənədlərin tələblərinə əsasən aparılır.

6.2. Fondun vəsaitlərinin toplanmasına və həmin vəsaitlərdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

6.3. Fondun vəsaitlərindən istifadə haqqında hesabat hər rübün və ilin sonunda Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir.

6.4. Fondun vəsaitlərindən istifadə haqqında hesabatın dərc edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 156 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

6.5. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

 

 

___________________

“Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na

əlavə

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

“Təsdiq edirəm”

________________________

(səlahiyyətli nümayəndənin vəzifəsi, soyadı, adı və atasının adı)

“__” _____________ 20   __   il

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

“Təsdiq edirəm”

________________________

(səlahiyyətli nümayəndənin vəzifəsi, soyadı, adı və atasının adı)

“__” _____________ 20   __   il

 

 

 

 

 

 

 

 

20 _____ il üçün

AZƏRBAYCAN RESPUBLIKASININ VERGI ORQANLARININ

BÜDCƏDƏNKƏNAR FONDUNUN GƏLİR VƏ XƏRC SMETASI

Gəlir və xərclərin adı

Kod

Məbləğ (min manatla) 

 

 

Cari ildə əldə edilən digər gəlirlər

o cümlədən:

gəlirlərin növləri üzrə

Cari ildə cəmi gəlirlər:

 

 

Cari ildə cəmi xərclər:

o cümlədən:

təsnifatda nəzərdə tutulmuş maddələr üzrə

   

 

 

Qeyd. Smetaya gəlir və xərc maddələri üzrə haqq-hesablarvə izahat vərəqəsi əlavə edilir.

_______________________________                          ________________

  (smetanı tərtib edənin şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)                                                         (imzası)

 

“___”  _______________20 ___   il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video