03 Aprel 2016 01:04
877
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 117

 

№ 117                                                Bakı şəhəri, 10 mart 2016-cı il

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydalarının və normalarının təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ali rəis heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Norması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Norması” təsdiq edilsin    (3 nömrəli əlavə).

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

5. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə Qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 267 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1156; 2009, № 4, maddə 280; 2012, № 8, maddə 835) ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il10 mart

tarixli 117nömrəliqərarıilə

təsdiqedilmişdir

1 nömrəliəlavə

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətiningeyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi

 

Q A Y D A L A R I

 

  1. Bu Qaydalar “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilməsi qaydalarını müəyyən edir.

  2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbay-can Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqan-larında xidmət keçmə haqqında Əsasnamə”yə uyğun olaraq, rəis və sıravi heyətini xüsusi rütbə verilən gündən geyim forması və fərqlənmə nişanları ilə təmin edir.

  3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşməyən qurumlarının rəis və sıravi heyətinin geyim  forması və fərqlənmə nişanları ilə təminatı həmin qurumların vəsaiti hesabına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilir.

  5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları əsasında tərkibində təchizat struktur bölmələri olan daxili işlər orqanlarında hesabat-sifarişlər hazırlanır. Hesabat-sifariş şəxsi heyətin sayı, əvvəllər verilmiş geyim əşyalarının istifadə müddətləri və anbardakı qalıq da  nəzərə alınmaqla tərtib edilir.

6. Daxili işlər orqanları tərəfindən təqdim olunan hesabat-sifarişlər araşdırılır, onların əsasında anbarlardakı əmlaklar da nəzərə alınmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi  tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yekun təchizat sifarişi ilə bağlı növbəti il üçün proqnozu tərtib edilir.

  7. Ayrılmış vəsait həcmində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada geyim əmlakının hazırlanması və alınması üçün sifariş verir. Sifariş üzrə ödəmələr nağdsız hesablaşma (köçürmə) yolu ilə aparılır.

  8. Geyim formaları və fərqlənmə nişanları alınıb müvafiq qaydada uçota götürüldükdən sonra, daxili işlər orqanlarının hər bir əməkdaşı üçün açılmış fərdi armatur vərəqəsi əsasında müvafiq məxaric sənədləri hazırlanır. Həmin məxaric sənədləri əsasında əməkdaş xidmət etdiyi daxili işlər orqanı tərəfindən geyim forması ilə təmin edilir.

  9. Fərqlənmə nişanları - poqonlar, qol nişanları, kokardalar, qalstuk sıxacları, forma düymələri, emblemlər, ulduzlar, palıd yarpaqları, serjant lenti, furajka kəməri, “M” hərfi və yaxa nişanları şəxsi heyətə geyim formaları ilə birlikdə verilir.

  10. Azərbaycan Respublikası daxili işlər orqanlarının şəxsi heyətinin geyim formasının və digər inventar əmlakının qorunmasına və istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi tərəfindən həyata keçirilir.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşına xüsusi rütbə verildikdə və ya onun xidmət sahəsi dəyişdirildikdə, həmin əməkdaşa verilmiş, lakin istifadə müddəti bitməmiş geyim forması verilmiş xüsusi rütbəsinə uyğundursa və ya dəyişilmiş xidmət sahəsində istifadə olunan geyim formasından xarici görünüşünə və rənginə görə fərqlənmirsə, əvvəllər verilmiş geyim formasından istifadə edilmə müddəti davam etdirilir və həmin əməkdaş verilmiş xüsusi rütbəsinə müvafiq poqon və fərqlənmə nişanları ilə təmin edilir. Əks halda, əməkdaş verilmiş xüsusi rütbəsinə və ya xidmət sahəsinə müvafiq geyim forması ilə təmin olunur.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin əməkdaşları qeyri-standart bədən ölçülərinə malik olduqda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi tərəfindən verilmiş geyim forması orderi əsasında onlara həmin İdarənin tikiş emalatxanasında geyim formasının fərdi tikilişi sifariş olunur. Bu geyim formasının tikilməsinin dəyəri həmin ildə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş qaydada geyim forması ilə təmin olunması üçün müəyyən edilmiş qiymət əsasında tərtib etdiyi müvafiq sənədlərə uyğun olaraq Təchizat İdarəsi tərəfindən ödənilir.

13. Geyim formasının və fərqlənmə nişanlarının istifadə müddəti bitdikdən sonra əməkdaşlar yeni geyim əmlakı ilə təmin olunurlar. Xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının daxili işlər orqanlarının müvafiq struktur bölmələrinin xüsusi rütbəsi olan əməkdaşlarına geyim formasının əvəzinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada pul kompensasiyası ödənilir.

14. Azərbaycan Respublikasının daxili işlər orqanlarından xaric edilmiş əməkdaşlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 30-cu bəndində göstərilən hallara görə istifadə müddəti bitməyən geyim əmlakının dəyəri icra qeydlərinə əsasən mübahisəsiz qaydada tutulur.

15. Azərbaycan Respublikası daxili işlər orqanının əməkdaşına geyim forması və ya onun əvəzinə pul kompensasiyası verildiyi gündən tərkibində təchizat struktur bölmələri olan daxili işlər orqanlarında müvafiq qeydlər aparılır.

 

 

______________

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 10 mart

tarixli 117 nömrəliqərarıilə

təsdiqedilmişdir

2 nömrəliəlavə

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ali rəis heyətinin geyimforması və fərqlənmə nişanları ilə təmin edilməsi

 

NORMASI

 

 

Sıra

№-si

Əşyaların adı

 

Bir nəfər üçün əşyanın miqdarı  (norması)

 

İstifadə

müddəti

Qeyd

1

2

3

4

5

1. Geyim forması

1.1.

Parad-çıxış furajkası

1 ədəd

3 il

 

1.2.

Gündəlik furajka

1 ədəd

1,5 il

 

1.3.

Pilotka

1 ədəd

2 il

 

1.4.

Səhra furajkası

1 ədəd

2 il

 

1.5.

İsti qulaqlı papaq

1 ədəd

6 il

 

1.6.

Parad-çıxış paltosu

1 ədəd

5 il

 

1.7.

Gündəlik palto

1 ədəd

5 il

 

1.8.

Plaş-palto

1 ədəd

5 il

 

1.9.

Qış gödəkcəsi

1 ədəd

5 il

 

1.10.

Qış səhra gödəkcəsi

1 ədəd

3 il

 

1.11.

Plaş-örtük

1 ədəd

6 il

 

1.12.

Plaş örtüyü gəzdirmək üçün qayış

1 ədəd

12 il

 

1.13.

Parad-çıxış geyim forması

1 dəst

3 il

 

1.14.

Gündəlik geyim forması

1 dəst

1,5 il

 

1.15.

Yay şalvarı

1 ədəd

1 il

 

1.16.

Gündəlik geyim forması (mont)

1 dəst

2 il

 

1.17.

Pulover

1 ədəd

2 il

 

1.18.

Yay səhra kostyumu

1 dəst

2 il

 

1

2

3

4

5

1.19.

Parad-çıxış forması üçün uzunqol köynək

3 ədəd

2 il

 

1.20.

Gündəlik geyim forması üçün uzunqol köynək

2 ədəd

2 il

 

1.21.

Qısaqol köynək

2 ədəd

2 il

 

1.22.

Parad-çıxış qalstuku

2 ədəd

2 il

 

1.23.

Gündəlik qalstuk

2 ədəd

1 il

 

1.24.

Parad-çıxış şərfi

1 ədəd

2 il

 

1.25.

Gündəlik şərf

1 ədəd

2 il

 

1.26.

Parad-çıxış əlcəyi

1 cüt

2 il

 

1.27.

Gündəlik əlcək

1 cüt

2 il

 

1.28.

İdman kostyumu

1 dəst

2 il

 

2. Alt paltarı

2.1.

Mayka

2 ədəd

1 il

 

2.2.

Səhra geyim maykası

2 ədəd

2 il

 

2.3.

Tuman

2 ədəd

1 il

 

2.4.

Corab

2 cüt

1 il

 

2.5.

İsti alt tumanı və köynəyi

1 dəst

2 il

 

3. Ayaqqabı

3.1.

Ayaqqabı

1 cüt

1 il

 

3.2.

Qış çəkməsi

1 cüt

2 il

 

3.3.

Səhra çəkməsi

1 cüt

2 il

 

3.4.

İdman ayaqqabısı

1 cüt

2 il

 

3.5.

Şap-şap

1 cüt

2 il

 

4. Ləvazimat

4.1.

Şalvar üçün qayış

 1 ədəd

3 il

 

4.2.

Xüsusi kəmər

1 dəst

4 il

 

 

 

Qeyd. Fərqlənmə nişanları hər geyim forması üçün onun istifadə müddətinə verilir.

 

___________________

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 10 mart

tarixli 117 nömrəliqərarıilə

təsdiqedilmişdir

3 nömrəliəlavə

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi

 

NORMASI

 

 

 

Sıra

№-si

Əşyaların adı

Bir nəfər üçün əşyanın miqdarı  (norması)

İstifadə

müddəti

Qeyd

1

2

3

4

5

1. Geyim forması

1.1.

Parad-çıxış furajkası

1 ədəd

5 il

1

1.2.

Gündəlik furajka

1 ədəd

1,5 il

 

1.3.

Parad-çıxış pilotkası

1 ədəd

5 il

2

1.4.

Gündəlik pilotka

1 ədəd

1,5 il

2

1.5.

Yay səhra furajkası

1 ədəd

2 il

 

1.6.

Səhra furajkası

1 ədəd

2 il

 

1.7.

Qış səhra papağı

1 ədəd

2 il

 

1.8.

Qış papağı

1 ədəd

2 il

 

1.9.

Gündəlik palto

1 ədəd

3 il

3

1.10.

İsti qış gödəkcəsi

1 ədəd

2 il

4

1.11.

Qış səhra gödəkcəsi

1 ədəd

3 il

 

1.12.

Plaş-palto

1 ədəd

4 il

5

1.13.

Parad-çıxış geyim forması

1 dəst

5 il

6

1.14.

Gündəlik geyim forması

1 dəst

1,5 il

7

1.15.

Yay şalvarı

1 ədəd

1 il

 

1.16.

Gündəlik şalvar

1 ədəd

1 il

2

1.17.

Yay yubkası

1 ədəd

1 il

 

1.18.

Gündəlik geyim forması  (mont)

1 dəst

2 il

 

1.19.

Səhra  kostyumu

1 dəst

2 il

 

1

2

3

4

5

1.20.

Plaş-örtük

1 ədəd

5 il

8

1.21.

Pulover

1 ədəd

2 il

 

1.22.

Motosikletçi kostyumu 

1 dəst

4 il

9

1.23.

Motosikletçi dəbilqəsi

1 ədəd

5 il

9

1.24.

Yay örtüyü

1 ədəd

2 il

9

1.25.

İdman kostyumu

1 dəst

2 il

 

1.26.

Parad-çıxış forması üçün uzunqol köynək

1 ədəd

1 il

 

1.27.

Gündəlik geyim forması üçün uzunqol köynək

2 ədəd

2 il

 

1.28.

Qısaqol köynək

2 ədəd

2 il

 

1.29.

Parad-çıxış qalstuku

1 ədəd

1 il

 

1.30.

Gündəlik qalstuk

2 ədəd

1 il

 

1.31.

Parad-çıxış şərfi

1 ədəd

2 il

 

1.32.

Gündəlik şərf

1 ədəd

2 il

 

1.33.

Parad-çıxış əlcəyi

1 cüt

2 il

 

1.34.

Gündəlik əlcək

1 cüt

2 il

 

2. Alt paltarı

2.1.

Mayka

2 ədəd

1 il

 

2.2.

Səhra geyim maykası

2 ədəd

2 il

 

2.3.

Tuman

2 ədəd

1 il

 

2.4 .

Corab

2 cüt

1 il

10

2.5.

İsti alt tumanı və köynəyi

1 dəst

2 il

 

3. Ayaqqabı

3.1.

Gündəlik ayaqqabı

1 cüt

1 il

 

3.2.

Qış çəkməsi

1 cüt

2 il

 

3.3.

Səhra çəkməsi

1 cüt

2 il

 

3.4.

Uzunboğaz çəkmə

1 cüt

2 il

2

3.5.

İdman ayaqqabısı

1 cüt

2 il

 

3.6.

Şap-şap

1 cüt

2 il

11

4. Ləvazimat

4.1.

Parad-çıxış kəməri

1 ədəd

15 il

12

4.2.

Akselbant

1 ədəd

15 il

12

4.3.

Şalvar üçün gön qayış

1 ədəd

3 il

13

4.4.

Xüsusi kəmər

1 dəst

4 il

14

4.5.

Fıştırıq

1 ədəd

5 il

 

 

Qeydlər:

 

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müdavimlərinə    4 (dörd) il müddətinə verilir.

2. Qadınlara verilir.

3. Sıravi və kiçik rəis heyətinə 5 (beş) il müddətinə verilir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, post-patrul, yol-patrul, ictimai təhlükəsizlik xidmətlərinin əməkdaşlarına və digər xidmətlərin sıravi və kiçik rəis heyətinə verilir.

5. Böyük və orta rəis heyətinə verilir.

6. Qadınlara şalvar ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müdavimlərinə 4 (dörd) il müddətinə verilir.

7. Qadınlara yubka ilə verilir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, post-patrul, yol-patrul və ictimai təhlükəsizlik xidmətlərinin əməkdaşlarına verilir.

9. Yol Patrul Xidməti əməkdaşlarına verilir.

10. Qadınlara kapron corab verilir.

11. Müdavim və dinləyicilərə verilir.

12. Müdavim və fəxri qarovula mərasimlərdə müvəqqəti istifadə üçün verilir.

13. Dövlət Yol Polisi əməkdaşlarına süni dəridən verilir.

14. Dövlət Yol Polisi əməkdaşlarına xüsusi ləvazimat verilir.

15. Fərqlənmə nişanları hər geyim forması üçün onun istifadə müddətinə verilir.

                                   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video