Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.
Tender proseduru 29 oktyabr 2021-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.
İddiaçının tələb olunan kapitalı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 mart 2020-ci il tarixli 08/2 nömrəli Qərarına uyğun olaraq qeyri-həyat sığortası fəaliyyəti üzrə sığortaçılar üçün tələb olunan 5 000 000 (beş milyon) manatdan az olmamalıdır.
Təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkəti Mərkəzi Bankın müvafiq reyestrinə daxil edilmiş təkrarsığorta şirkəti olmalıdır (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də).
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rekvizitləri;
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, nağd pulun daşınması üzrə risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair verilmiş razılığın surəti;
- tenderin Əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 14 dekabr 2021-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq dövlət orqanından arayış;
- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 28 oktyabr 2021-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 20 oktyabr 2021-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
İddiaçılar tenderdə iştirak etmək üçün Mərkəzi Bankın aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində iştirak haqqı köçürməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Sığorta xidmətinin göstərilməsinə 01 yanvar 2022-ci il tarixdən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2022-ci il tarixdən başlanılır.
Sığorta xidmətinin göstərilməsi müddəti: 1 (bir) il.
Qiymətləndirmə meyarları: qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri və şərtsiz azadolma məbləğləri.
Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasından tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov (Hüquq departamenti), telefon: 493-11-22 (dax.tel: 428), elektron poçt ünvanı: [email protected]
Ceyhun Səməndov (İnzibati departament), telefon: 493-11-22 (dax.tel: 599), elektron poçt ünvanı: [email protected].
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək
29 Mart
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
29 Mart
Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib...
29 Mart
ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
29 Mart
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
29 Mart
Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb
29 Mart
Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb
29 Mart
“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib
29 Mart
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
29 Mart
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!