08:30 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:24 18.05.2021

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nın hazırlanması ilə əlaqədar zəruri server avadanlıqlarının satın alınması

Tender iştirakçıları https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etməlidirlər.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

 

- iddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə, bank rekvizitləri;

- iddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat və analoji iş təcrübəsini təsdiq edən sənədlər;

- iddiaçı təklifin dəyərinin 1(bir) faizi həcmində bank təminatı təqdim etməlidir;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanlarından arayış;

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

 

Yuxarıda göstərilən tenderdə iştirak etmək istəyən iddiaçılar satınalma üzrə 150 (bir yüz əlli) manat iştirak haqqı ödədikdən sonra tenderin şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.                                                                                                                            

Tenderin iştirak haqqı “ASAN ödəniş” sistemi ilə ödənilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla)  10 iyun 2021-ci il saat 11:00-dək, tender təklifi və bank təminatını isə 21 iyun 2021-ci il saat 11:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər. İddiaçıların təklifləri 22 iyun 2021-cı il saat 11:00-da açılacaqdır.

Təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılacaqdır.                                                                                                 

Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

 

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM