21 Iyul 2019 00:49
1128
Qanunlar
A- A+

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752, № 11, maddə 1976; 2018, № 5, maddələr 855, 878, № 7 (I kitab), maddə 1440; 2019, № 1, maddə 23) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci maddədə "inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar” sözləri "inzibati məhkəmələr və inzibati kollegiyalar” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü maddənin adında, 3.5-ci maddədə, 5-ci maddənin adında və mətnində, 6-cı maddənin adında və mətnində, 8.6-cı maddənin birinci cümləsində, 81.1-ci maddənin birinci cümləsində, 86.3-cü maddədə "İnzibati-iqtisadi” sözləri "İnzibati” sözü ilə əvəz edilsin;

1.3. 3.1-ci maddədə, 3.2-ci maddənin birinci cümləsində, 3.3-cü, 3.6-cı maddələrdə, 8.6-cı maddənin birinci və ikinci cümlələrində, 81.1-ci maddənin ikinci cümləsində, 83.1-ci, 85.1-ci və 86.1-ci maddələrdə, 87.7-ci maddənin ikinci cümləsində, 87.7.1-ci və 87.7.2-ci maddələrdə "inzibati-iqtisadi” sözləri "inzibati” sözü ilə əvəz edilsin;

1.4. 3.4, 90.1, 98.2, 98.4, 98.5-ci maddələrdə və 98.6-cı maddənin birinci cümləsində "inzibati-iqtisadi” sözləri "İnzibati” sözü ilə əvəz edilsin.

1.5. 3.8-ci maddədə "inzibati-iqtisadi məhkəmələrin və məhkəmə kollegiyalarının” sözləri "inzibati məhkəmələrin və inzibati kollegiyaların” sözləri ilə əvəz edilsin;

1.6. 4.3-cü maddədən "mübahisələrə dair işlər üzrə” sözləri çıxarılsın.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video