21:43 26 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
18:34 26.07.2021 Hindistanda körpü çökdü
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

ANA SƏHİFƏ / FƏRMANLAR
00:45 20.04.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 378; 2017, № 4, maddə 561; 2018, № 5, maddə 959) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın sədri

Azərbaycan Respublikasının Prezidenti

 

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Yazıçılar Birliyinin sədri

Azərbaycan Rəssamlar İttifaqının sədri

Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Azərbaycan Memarlar İttifaqının sədri

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Xoşbəxt Yusifzadə -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Tahir Salahov - Xalq rəssamı

Ömər Eldarov - Xalq rəssamı.”.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2021-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM