Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının Lerik qəbul şöbəsinin inzibati binasının cari təmir işləri üzrə xidmətin satınalması üzrə açıq tender elan edir
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
Tender 1 LOT üzrə keçirilir.
İştirak haqqı: 300,00 (üç yüz) manat
VÖEN: 1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
H/h: AZ46CTRE00000000000007018504
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22
Büdcə gəlirlərinin təsnifat kodu: -142330
Büdcə səviyyəsinin kodu: - 4
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən tenderdə iştirak haqqı geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir) Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir;
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2020-ci il üzrə);
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir) Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir;
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd (Malgöndərən (podratçı) tərəfindən hazırlanır);
8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd (notarial təsdiq edilmiş);
9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat ( Dövlət Statistika Komitəsindən alınmalıdır. Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir) Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir;
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (Uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir) Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir;
11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (Ədliyyə Nazirliyindən və ya kommersiya məhkəməsindən alınır) Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir;
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (Malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir;
13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd.
Satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əlaqə saxlanılır.
Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə Azərbaycan Respublikasında keçirilən elektron satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.
Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan iddiaçıların həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08.07.2021-ci il saat 16:00-a qədər, tender təklifi ilə bank təminatı sənədlərini 16.07.2021-ci il saat 16:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 19.07.2021-ci il saat 16:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!