11 Iyun 2021 02:32
2178
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun aparatında və struktur bölmələrində əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin alınması.

Tender iştirakçılarına təklif edilir ki öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi, 80 (Tender komissiyası (012) 530 29 03 e.poçt: [email protected]) ünvanından ala bilərlər.

Tender 1 LOT üzrə keçirilir.

İştirak haqqı: 300,00 (üç yüz) manat

VÖEN: 1300050781

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

H/h: AZ46CTRE00000000000007018504

M/h: AZ41NABZ01360100000000003944

VÖEN: 1401555071

Kod: 210005

SWIFT: CTREAZ22

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən tenderdə iştirak haqqı geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə:

1.1 Peşəkarlığı, təcrübəsi, texniki imkanları, idarəetmə səriştəsi və etibarlığı barədə məlumatlar (xidmət göstərən tərəfindən hazırlanır).

1.2 İşçi qüvvəsinin olması barədə məlumatlar (xidmət göstərən uçotda olduğu vergi orqanından).

2. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (xidmət göstərən kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd).

3. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumatlar (uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).

4. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında məlumat (xidmət göstərən bu məlumatı Ədliyyə Nazirliyindən və ya Kommersiya Məhkəməsindən alır).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında məlumat (xidmət göstərən uçotda olduğu vergi orqanından alır, sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).

6. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; (xidmət göstərən Daxili İşlər Nazirliyindən və ya ASAN xidmət mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır).

7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, bank lisenziyası, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).

8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına dair müstəqil auditorun hesabatı.

9. İri sahibkarlıq meyarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır). (Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).

10. İddiaçının tender təklifi (ən azı 30 bank günü qüvvədə olmalıdır).

11. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tələb olunur (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 15.07.2021-ci il saat 15:00-a qədər tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 29.07.2021-ci il saat 15:00-a qədər Həsən bəy Zərdabi, 80 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Aparatına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 30.07.2021- cı il saat 15:00 -da H.Zərdabi, 80 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Aparatında Tender komissiyasının iştirakı ilə aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video