10 Avqust 2021 00:27
986
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 134 ünvanında yerləşən inzibati binada mebel təchizatı işlərinin satın alınması məqsədilə açıq tender elan edir

 

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını (“ASAN ödəniş” vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

 

AZN hesabı

Emitent

Bankın adı: Dövlət Xəzinədarlıq Agentliyi

Bankın kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ22

Alan: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

VÖEN: 1404365471

H/h:  AZ53CTRE00000000000008498501

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142330

Tenderdə iştirak haqqı 200 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (“ASAN ödəniş”);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- yüklülük barədə vergi orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 1 (bir) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat;

- məhkumluq barədə arayış;

- digər sənədlər (tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs: Mehman Bayramov.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə.

Telefon: (+99412)5058704 (əlavə 2304); Faks: (+99412)4920592.

e-mail: [email protected]

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 10 sentyabr 2021-ci il saat 12:00-a, tender təklifini və təklifin bank təminatını isə 20 sentyabr 2021-ci il saat 18:00-dək Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 21 sentyabr 2021-ci il saat 12:00-da dövlət satınalmalarının vahid internet Portalında virtual iclas formatında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron Portal vasitəsilə izləyə bilər.

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video