08:01 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Dövlət Neft Fondu açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:29 18.05.2021

 

LOT-1:  İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması.

LOT-2:  Mətbəə işlərinin satın alınması.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yuxarıda qeyd edilmiş 2 (iki) LOT üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.

eTenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. İddiaçılara təklif edilir ki, https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak haqqı LOT-1 üzrə 200 AZN, LOT-2 üzrə isə 100 AZN məbləğində müəyyən edilmişdir. İddiaçılar iştirak edəcəkləri LOT üzrə müəyyən edilmiş iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-in qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir. İddiaçıların eTenderlə bağlı sualları Portal vasitəsilə ARDNF-ə ünvanlana bilər.

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bIk: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 10 iyun 2021-ci il saat 10:00-a   qədər, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 21 iyun 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 22 iyun 2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM