12 Avqust 2020 00:19
1189
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7 (I kitab), maddə 1422, № 10, maddələr 1971, 1978, № 11, maddə 2225; 2019, № 4, maddələr 570, 579, № 5, maddələr 796, 812, № 11, maddə 1686) aşağıdakı dəyişikliklər edilsin:

1. 15-2.1-ci maddənin birinci cümləsində "Azadlığın” sözü "İctimai işlər və azadlığın” sözləri ilə əvəz edilsin.

2. 15-2.4-cü maddəyə "onun” sözündən sonra "istifadəsinə verilir və ya” sözləri əlavə edilsin, həmin maddədə "və ya” sözləri ", habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda” sözləri ilə əvəz edilsin.

3. 35.1-ci maddəyə "işləməli” sözündən sonra ", müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 39.0.2-1-ci maddə əlavə edilsin:

"39.0.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər;”

5. 51-7.6.2-ci, 178.5-ci, 178.7-ci, 182.2-ci və 182.5-ci maddələrə "ona xidmət” sözlərindən əvvəl "üzrsüz səbəbdən” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video