11 Aprel 2021 00:49
832
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq  qərara alır:

Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171,    № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 5, maddə 800, № 12, maddə 1906; 2020, № 7, maddə 832; Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 199-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 117.6-1-ci maddəyə “qohumu” sözündən sonra “(bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri, “övladlığa verilməsinə” sözlərindən sonra “onlar uçota alındıqları gündən” sözləri əlavə edilsin.

2. 118-ci maddə üzrə:

2.1.      118.3.2-ci maddədə “şəxslərin” sözü “şəxsin (şəxslərin)” sözləri ilə əvəz edilsin;

2.2.      118.3.3-cü maddəyə “şəxsə” sözündən sonra “(şəxslərə)” sözü əlavə edilsin;

2.3.      118.15-ci maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə, “118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir” sözləri “118.3.2-118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir” sözləri ilə əvəz edilsin;

2.4.      118.24-cü maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.

3. 119-cu maddə üzrə:

3.1.  119.4-cü maddədə “Yaxın qohumlar” sözləri “Qohumları” sözü ilə əvəz edilsin və həmin maddəyə “tərəfindən” sözündən əvvəl

“, eləcə də ögey ata (ögey ana)” sözləri əlavə edilsin;

3.2.      119.11-ci maddədə “119.9.2-ci” sözləri “119.10.2-ci” sözləri ilə əvəz edilsin.

4. 120.1.8-ci maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.

5. 120.4-cü maddədə “yaxın qohumları olan” sözləri “qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən” sözləri ilə əvəz edilsin.

6.  121.1-ci və 121.2-ci maddələrdə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.

7.  124-cü maddə üzrə:

7.1.      124-cü maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 124. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə razılıq”;

7.2.      124.2-ci maddədə “yazılı razılığı lazımdır” sözləri “həmin uşaqlarla bağlı fikri öyrənilir” sözləri ilə əvəz edilsin;

7.3.      124.3-cü maddədə “fikri öyrənilir” sözləri “rəyi alınır” sözləri ilə əvəz edilsin;

7.4.      124.4-cü maddəyə “razılığı olmadan” sözlərindən sonra “və ya fikri nəzərə alınmadan” sözləri əlavə edilsin.

8.  134-cü maddə üzrə:

8.1. 134.10-cu maddədə “da” sözü “bu Məcəllənin 125.3-cü maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;

 8.2.  134.11-ci maddə ləğv edilsin.

9. 142.1-ci maddədə “uşağı” sözü “uşağın” sözü ilə, “vermə müqaviləsi” sözləri “verilməsinə dair müqavilə” sözləri ilə əvəz edilsin.

10. 145.3-cü maddənin birinci cümləsində “rəyi” sözü “fikri” sözü ilə əvəz edilsin.

11. 155.3-cü maddəyə birinci halda “vətəndaşı” sözündən sonra “, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 mart 2021-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video