03:40 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

ANA SƏHİFƏ / FƏRMANLAR
00:36 17.09.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra - Agentlik) təklifləri əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin (bundan sonra - ərazilər) minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından (bundan sonra - minalardan və hərbi sursatdan) təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etsin;

1.3.  bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulan məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Fərmanın 1.2-ci  bəndində nəzərdə tutulan plana uyğun olaraq Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra - minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları) arasında tapşırıqların bölgüsünü (bundan sonra - tapşırıqlar bölgüsü) həyata keçirsin, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili üçün müvafiq tədbirlər görsün;

1.5. Agentliyin maddi-texniki təminatını gücləndirmək məqsədilə zəruri tədbirlər görülməsini təmin etsin;

1.6. ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Agentlik:

2.1. minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.2. tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblər əsasında keyfiyyətlə tamamlanmasına  nəzarəti həyata keçirsin;

2.3. minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının şəxsi heyətinin bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq ixtisasının artırılması ilə bağlı tədbirlər görülməsini təmin etsin;

2.4. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq  bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulan məlumatlara dair elektron məlumat bazasının (bundan sonra - məlumat bazası) dörd ay müddətində formalaşdırılmasını, eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi yenilənməsini və emalını təmin etsin;

2.5. tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları:

3.1. minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirsinlər;

3.2. minatəmizləmə fəaliyyətinə cəlb edilmiş şəxsi heyətin işini  bu Fərmanın    1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun təşkil etsinlər;

3.3. aşağıdakı məlumatların mütəmadi olaraq Agentliyə verilməsini təmin etsinlər:

3.3.1. məlumat bazasına daxil edilməsi üçün bu Fərmanın 1.3-cü bəndinə uyğun olaraq müəyyənləşdirilmiş məlumatların;

3.3.2. tapşırıqlar bölgüsünün icrası ilə bağlı məlumatların;

3.3.3. minatəmizləmə fəaliyyəti üzrə öz qüvvə və vasitələri barədə məlumatların.

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 sentyabr 2021-ci il

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM