07 Sentyabr 2021 00:28
286
ELANLAR
A- A+

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra təhsil müəssisələrinin cari və əsaslı təmiri işlərinin satın alınması üçün açıq tender elan edir

 

Elektron satınalmada iddiaçı qismində satınalma predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən iddiaçılar iştirak haqqının ödənişini həyata keçirdikdən sonra tenderin Əsas şərtlər toplusunu əldə edə və müsabiqə üçün müvafiq sənədləri təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 250 (iki yüz əlli) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün iştirak haqqını ödədikdən sonra Portal vasitəsilə tender üzrə tələb olunan ilkin sənədləri  24 sentyabr 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə  04 oktyabr 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender təklifləri 05 oktyabr 2021-ci il saat 11:00-da açılacaqdır.

İddiaçılar tenderin nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video