02:34 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satın alınması üçün açıq tender elan edir
ANA SƏHİFƏ / ELANLAR
00:06 15.10.2021

 

 

Açıq tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, yüksək keyfiyyət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz:

Əlaqələndirici şəxs - Sirac Əliyev.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi, 18.

Tel: (+99412) 465 73 48 (110).

Maraqlananlar açıq tender prosedurunun Əsas şərtlər toplusunu 1500,0 (bir min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

 

Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod: 805603

VÖEN: 9900001881

M/h: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZAZ 2X

H/h: AZ88IBAZ38030019441856517211

VÖEN: 1500016711

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçı açıq tender prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- iddiaçının tenderdə iştirak etmək üçün yazılı müraciəti;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- iddiaçı işlərin həyata keçirilməsi üçün müvafiq lisenziyaya malik olmalıdır;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

- iddiaçının peşəkarlığı və təcrübəsi barədə təsdiqedici sənədlər (ƏŞT-nin Əlavə 1-nə uyğun);

- iddiaçı tərəfindən doldurulmuş tenderin Əsas şərtlər toplusunun “Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli (Əlavə 1)

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, eləcə də satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər;

- iddiaçı inşa etdiyi analoji tikililər barədə istismara qəbul Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir;

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçının tender təklifinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən

30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 22 noyabr 2021-ci il saat 11:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 30 noyabr 2021-ci il saat 17:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 01 dekabr 2021-ci il saat 15:00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM