21 Avqust 2021 01:01
1959
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:        

1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; № 1, maddə 68; 2018, № 5, maddə 937; 2019, № 4, maddə 639; 2020, № 12 (I kitab), maddə 1492) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  1.1-ci  bənddə “I dərəcə  əlilliyi  olan”  sözləri “orqanizmin  funksiyalarının 81-100 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.2.  1.2-ci bənddə   “II  dərəcə  əlilliyi  olan”  sözləri  “orqanizmin  funksiyalarının 61-80 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.3.  1.3-cü bənddə  “III  dərəcə  əlilliyi  olan”  sözləri  “orqanizmin funksiyalarının 31-60 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.         

2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının  Qanunvericilik  Toplusu,  2011,  № 2,  maddə  90,  № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072;  № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddən, 2.1.3-cü, 3.1.49-cu (hər iki halda), 3.1.50-ci, 3.1.51-ci və 3.1.53-cü yarımbəndlərdən ismin müvafiq hallarında “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın;

2.2.  3.1.22-ci yarımbənddə “dərəcəsini” sözü “faizini” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936; 2020, № 7, maddə 895, № 8, maddə 1036; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 3.1.  2.3.8-ci yarımbənddən “18 yaşınadək” sözləri çıxarılsın;

3.2.  2.5.1-ci,   2.5.2-ci,  2.5.3-cü   (hər iki halda),  2.5.4-cü,   2.5.5-ci,  2.5.6-cı  və 2.6.3-cü   yarımbəndlərdə    “sağlamlıq     imkanları   məhdud   18  yaşınadək”   sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

4. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454, № 4, maddə 640; 2020, № 11, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:

4.1.  1.1.2-ci yarımbənd üzrə:

4.1.1.  ikinci abzasda “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.1.2. üçüncü abzasda “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

 4.1.3. dördüncü abzasda “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

  4.2.  1.1.3-cü yarımbənd üzrə:

  4.2.1.  ikinci abzasda “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.2.2. üçüncü abzasda “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz  pozulmasına  görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

 4.2.3. dördüncü abzasda “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

 4.3.  1.1.4-cü yarımbənd üzrə:

 4.3.1.  ikinci abzasda   “I  dərəcə   əlilliyi  olan”  sözləri  “orqanizmin funksiyalarının 81-100 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.3.2. üçüncü abzasda “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.3.3. dördüncü abzasda “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

4.4.  1.1.5-ci yarımbənd ləğv edilsin;

4.5.  1.1.12-ci yarımbənddə (hər iki halda)   “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

5. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli  Fərmanında  (Azərbaycan   Respublikasının  Qanunvericilik  Toplusu,  2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213,  1233,  № 12,  maddə  1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli və 17 iyun tarixli 1368 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”nın 3.3-cü bəndinin birinci abzasından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların (bundan sonra - əlilliyi olan şəxs)” sözləri çıxarılsın;

5.2. həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” üzrə:

5.2.1.  3-cü hissə üzrə:

1. adından “və sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;

 2.  3.1-ci bənddən “, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi” sözləri çıxarılsın;

3. 3.4-cü bənddən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın;

5.2.2.  5-ci hissə üzrə:

1.  5.1.1-ci  yarımbəndin  4-cü  abzasında  “sağlamlıq  imkanları  məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

 2.   5.2.2-ci    yarımbəndin   4-1-ci     abzasında   “sağlamlıq   imkanları    məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin 5-ci abzası ləğv edilsin;

3. 8.2-ci   bənddə   “sağlamlıq   imkanları   məhdud”  sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

 5.2.3. 10.1-ci bənddə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin;

5.2.4. 7-ci hissə üzrə:

1. 7.9-cu və 7.11-ci bəndlərdə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

2. 7.9-1-ci bənddə “I dərəcə gözdən əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

3.   7.12-ci   bənddə   “sağlamlıq    imkanları    məhdud    18    yaşınadək”   sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

5.2.5.  9.8-ci bənddə “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

6. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 avqust 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video