31 Yanvar 2021 00:51
839
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 may tarixli 277 nömrəli, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli 292 nömrəli, “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 338 nömrəli, “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 342 nömrəli və “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 344 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1.  “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli 277 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 358; 2011, № 2, maddə 85) 2-ci hissəsindən və həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın 1.3-cü bəndindən, 2.11-ci və 2.13-cü bəndlərinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 292 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 373; 2014, № 5, maddə 477, № 9, maddə 1027) ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın 1.3-cü bəndinin “İcraçı təşkilatlar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

3. “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun  tarixli 338 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 463) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin.

4. “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 342 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 467) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

5. “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 344 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 469) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 yanvar 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video