19:24 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli  və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

ANA SƏHİFƏ / FƏRMANLAR
01:26 18.06.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli 1345 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019 - 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin  altmış altıncı və yetmiş birinci abzaslarında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

1.2.  4-cü hissənin on doqquzuncu və qırx beşinci abzaslarında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

1.3.  7.2.16-cı, 7.3.1.11-ci, 7.3.2.11-ci, 7.3.3.11-ci, 7.3.4.11-ci, 7.3.5.12-ci, 7.3.6.12-ci, 7.3.7.13-cü, 7.3.8.12-ci, 7.3.9.13-cü, 7.3.10.13-cü, 7.3.11.12-ci, 7.3.12.13-cü, 7.3.13.12-ci, 7.3.14.13-cü, 7.3.15.13-cü, 7.3.16.13-cü, 7.3.17.13-cü, 7.3.18.13-cü, 7.3.19.13-cü, 7.3.20.11-ci, 7.3.21.12-ci, 7.3.22.13-cü, 7.3.23.13-cü, 7.3.24.13-cü, 7.3.25.14-cü, 7.3.26.11-ci, 7.3.27.9-cu, 7.3.28.13-cü, 7.3.29.12-ci, 7.3.30.12-ci, 7.3.31.13-cü, 7.3.32.14-cü, 7.3.33.13-cü, 7.3.34.13-cü, 7.3.35.14-cü, 7.3.36.13-cü, 7.3.37.12-ci, 7.3.38.14-cü, 7.3.39.13-cü, 7.3.40.13-cü, 7.3.41.12-ci, 7.3.42.13-cü, 7.3.43.13-cü, 7.3.44.13-cü, 7.3.45.14-cü, 7.3.46.14-cü, 7.3.47.13-cü, 7.3.48.12-ci, 7.3.49.13-cü, 7.3.50.14-cü, 7.3.51.12-ci, 7.3.52.14-cü, 7.3.53.13-cü, 7.3.54.11-ci, 7.3.55.12-ci və 7.3.56.12-ci yarımbəndlərdə “Tədbirin adı” sütununda “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz olunsun və “İcraçılar” sütununa “Səhiyyə Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1339 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyun 2021-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM