13:53 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

ANA SƏHİFƏ / FƏRMANLAR
00:39 20.04.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1459,  № 11, maddə 2254; 2020, № 12 (I kitab), maddə 1475) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1.      1.5-ci bəndə “adı” sözündən sonra “və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri” sözləri əlavə edilsin;

1.2.      4.6-cı bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Şuranın sədri və onun müavini (müavinləri) təsisçinin müəyyən etdiyi qaydada və müddətdə vəzifəyə təyin və vəzifədən azad olunurlar.”;

1.3.      aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:

“4.6-1. Şura sədrinin müavinlərinin sayını təsisçi müəyyən edir.”;

1.4.      4.11-ci bənddə “iclasın” sözü “, habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;

1.5.      4.14-3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.14-3.2. bu Nizamnamənin 4.11-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;”;

1.6.      4.15.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və Qurumun icra orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;

1.7. aşağıdakı məzmunda 4.15-1-ci bənd əlavə edilsin:

“4.15-1. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavini (müavinlərindən biri), Şura sədrinin müavini olmadıqda isə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.”;

1.8.      4.18-ci və 4.19-cu bəndlərin ikinci cümlələrinə “sədr” sözündən sonra “və onun müavini (müavinləri)” sözləri əlavə edilsin;

1.9.      4.21-ci bəndə “İdarə Heyəti” sözlərindən sonra “sədrinin müavini (müavinlərindən biri), İdarə Heyətinin müavini olmadıqda isə İdarə Heyəti” sözləri və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İdarə Heyəti sədrinin müavinlərinin sayını təsisçi müəyyən edir.”;

1.10.    4.24-cü bənd üzrə:

1.10.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“İdarə Heyətinin sədri Qurumun Nizamnaməsində müəyyən olunmuş müddətdə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.”;

1.10.2. altıncı cümlədə “İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;

1.11.    4.25.7-ci yarımbənddə “Qurumun” sözü “Özünün və Qurumun struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.12.    4.30-cu bənddə “onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz”  sözləri “onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini (müavinlərindən biri) icra” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2021-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM