24 Noyabr 2015 06:11
886
Milli Məclis
A- A+

Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alır:

1. Təhlükəsizlik və müdafiə məsələləri komitəsi “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”, İqtisadi siyasət komitəsi “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”, Sosial siyasət komitəsi “Əmək və sosial siyasət komitəsi” adlandırılsın.

2. Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı yeni komitələri yaradılsın:

Səhiyyə komitəsi;

Ailə, qadın və uşaq məsələləri komitəsi;

İctimai birliklər və dini qurumlar komitəsi;

Gənclər və idman komitəsi.

3. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırılsın ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilməsi barədə qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov

Bakı şəhəri, 24 noyabr 2015-ci il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video