02 Fevral 2016 12:02
511
Milli Məclis
A- A+

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 36-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara  alır:

I. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Milli Məclisin aşağıdakı komitələrinin üzvləri seçilsinlər:

 

1. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi

 

İbrahimqızı Məlahət İbrahim qızı,

Kərimli Tahir Zayıdağa oğlu.

 

2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi

 

Fətiyev Xanlar Nuru oğlu,

Hüseynov Vüsal Afqan oğlu,

Məmmədov Hikmət Baba oğlu.

 

3. Təbii ehtiyatlar, energetika vəekologiya komitəsi

 

Muradov Fuad Rauf oğlu

 

4. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi

 

Hacıyev Şəmsəddin  Hümmət oğlu,

Xəlilov Mirzəcan Mirzəmməd oğlu,

Quliyev Elçin Bəybala oğlu.

 

5. Aqrar siyasət komitəsi

 

Hüseynov Aydın Nəsir oğlu,

Paşazadə Cavanşir Hümmət oğlu.

 

6. Əmək və sosial siyasət komitəsi

 

Hüseynova Sevinc Əmirəhməd qızı,

Quliyev Musa İsa oğlu,

Məmmədhəsənov Rafiq Musa oğlu.

 

7. Səhiyyə komitəsi

 

Əliyeva Kamilə Əliağa qızı,

Məmmədov İlham Kazım oğlu,

Paşayeva Qənirə Ələsgər qızı,

Vəliyeva Sədaqət Süleyman qızı.

 

8. Ailə, qadın və uşaq məsələləri komitəsi

 

Abıyev Ağacan Qulam oğlu,

Rzayev Tahir Musa oğlu,

Şahverdiyev Astan Nuşrəvan oğlu.

 

9. Gənclər və idman komitəsi

 

Abbaszadə Mahir Tapdıq oğlu,

Əliyev Adil Abış oğlu,

Əliyev Rauf Asif oğlu,

Hüseynli Əli Məhəmməd oğlu,

Rzayev Rövşən Şükür oğlu.

 

10. İctimai birliklər və dini qurumlar komitəsi

 

Fətəliyeva Sevinc Həbib qızı,

Kazımov Mirkazım Məhəmməd oğlu,

Mustafa Fazil Qəzənfər oğlu.

 

11. Elm və təhsil komitəsi

 

Ağayeva Ülviyyə Cavanşir qızı,

Əliyeva Sona Sakit qızı,

Həsənov Elşad Eldar oğlu,

Hüseynov Rafael Baba oğlu,

Mollazadə Asim Nazim oğlu.

 

12. Mədəniyyət komitəsi

 

Abbas Aqil Məhəmməd oğlu,

Axundova Elmira Hüseyn qızı,

Amaşov Əflatun Əhməd oğlu,

Aslanov Novruzəli Davud oğlu,

Feyziyev Cavanşir Əyyub oğlu,

İbrahimli Fəzail Feyruz oğlu,

Səmədzadə Ziyad Əliabbas oğlu,

Zabelin Mixail Yuryeviç.

 

13. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi

 

Əliyev Bəxtiyar Həmzə oğlu,

Əlizadə Araz Məmməd Mübariz oğlu,

Qafarova Sahibə Əli qızı,

Mirkişili Tahir Famil oğlu,

Nəsirov Elman Xudam oğlu.

 

II. Deputat İmamverdi İbiş oğlu İsmayılov Milli Məclisin Mədəniyyət komitəsinin  üzvlüyündən çıxarılsın və  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü seçilsin.

III. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 1 fevral 2016-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video