27 Avqust 2021 13:00
241
CƏMİYYƏT
A- A+

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri onlayn beynəlxalq simpoziumda iştirak edib

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev avqustun 27-də Qazaxıstan Respublikasının Konstitusiya Şurasının təşkil etdiyi Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyinə və Konstitusiya Gününə həsr olunmuş “İnternet dövrü: qanunun aliliyi, insan dəyərləri, dövlət müstəqilliyi” mövzusunda onlayn beynəlxalq simpoziumda iştirak edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin simpoziumun iştirakçılarına ünvanlanmış müraciəti səsləndirilib.

Daha sonra Qazaxıstan Konstitusiya Şurasının sədri Kayrat Mami, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikio və Almaniya beynəlxalq hüquqi əməkdaşlıq fondunun baş direktoru Frauke Baxler və digərləri açılış nitqləri söyləyiblər.

Tədbirdə Qazaxıstan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, Əfqanıstan, İordaniya, Mərakeş, Ukrayna, Koreya, İndoneziya, Banqladeş, Moldova, Serbiya, Belarus, Tailand, Latviya, Tacikistan və digər ölkələrin nümayəndələri müxtəlif hüquqi mövzularla bağlı məruzələr ediblər.

Beynəlxalq simpoziumda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Ədalət mühakiməsi və süni intellekt” mövzusunda məruzə ilə çıxış edib.

Simpoziumda təqdim edilən çıxışlarda “İnternet dövründə əsas hüquq və azadlıqların qorunması və təminatı”, “COVID-19 pandemiyası dövründə konstitusionalizm”, “Qazaxıstanda rəqəmsallaşma: nailiyyətlər və perspektivlər”, “İnternet və Bolqar parlamentarizminin effektivliyi”, “Avropa Birliyində rəqəmsallaşma və suverenliyin bölgüsü”, “Qanun qarşısında bərabərlik”, “Dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyi”, “Koreya Konstitusiya Məhkəməsinin internetdə əsas hüquq və azadlıqların qorunması təcrübəsi”, “Onlayn seçki kompaniyası: Konstitusiya Məhkəməsinin təcrübəsi” kimi bir sıra mühüm hüquqi məsələlərə toxunulub.

Simpoziumdan sonra, həmçinin Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutları Assosiasiyası, habelə Avrasiya Konstitusiya Nəzarəti Orqanların Assosiasiyasına üzv olan Konstitusiya Məhkəmələrinin iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə gələcəkdə keçirilməsi planlaşdırılan bir sıra tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video