09 Fevral 2012 12:02
619
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

 

Komissiyanın üzvləri:

 

Xələf Xələfov     - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azər Zeynalov     - Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini

Niyazi Səfərov    - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini

Musa Pənahov      - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Bəhram Əliyev     - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ədalət Vəliyev    - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Cavanşir Axundov - Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Səfər Mehdiyev    - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Elçin Quliyev     - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Qüdrət Qurbanov   - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Vadim Xubanov     - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Aydın Bəşirov     - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi

Arif Əsgərov      - "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri

Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

2. Bu sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasına tapşırılsın ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrini mütəmadi müzakirə edib, bu əlaqələrin genişləndirilməsi və tənzimlənməsi üçün müvafiq tədbirləri həyata keçirsin, əməkdaşlıqda xüsusi əhəmiyyət kəsb edən məsələləri həll etsin və görülən işlər barəsində vaxtaşırı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə İran İslam Respublikası tərəfinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 fevral 2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video