Azərbaycan Respublikası Əqli Mülkiyyət Aqentliyinin tabeliyində olan Respublika Elmi Texniki Kitabxana Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, 124 ünvanda yerləşən inzibati binaya bitişik ikimərtəbəli əlavə tikilinin divarları və pilləkən qəfəsində qücləndirmə bərpa işlərinin aparılması məqsədilə açıq tender elan edir
Tender proseduru Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir. Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər müəyyən edilmiş məbləğdə iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini elektron qaydada təqdim edə bilərlər.
İştirak haqqı: 500 manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bankın adı: “Beynəlxalq Bank”ın Nərimanov filialı
Bankın kodu; 805540
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T BIK: İBAZAZ2X
H/h: AZ161BAZ38090019446270478206
VÖEN: 1700333931
Əlaqə telefonu: (012) 4496274 (daxili 154, 960)
Elektron poçt ünvanı:[email protected]
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayışı;
- iddiaçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmaması haqqında müvafiq vergi orqanından arayışı;
- iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekti meyarlarına uyğun olması barədə arayış;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 45 bank günü müddətində icra olunmalıdır.
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq vahid internet Portalı www.etender.gov.az vasitəsilə elektron qaydada keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 01 oktyabr 2021-ci il saat 12:00-a qədər tender təklifi və bank təminatını isə 11 oktyabr 2021-ci il saat 12:00-a qədər elektron qaydada təqdim etməlidirlər. İddiaçıların təklifləri 12 oktyabr 2021-ci il saat 12:00-da Portal vasitəsilə elektron qaydada açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi, yazışmalar, sual-cavablar və digər prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!