Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi açıq tender elan edir
Tender predmeti:
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi, respublikanın şəhər və rayon qeydiyyat şöbələrində, notariat ofislərində 2020-ci ildə istifadə ediləcək dəftərxana və təsərrüfat mallarının elektron satın alınması
Malların, işlərin və xidmətlərin təchiz olunma müddəti - 2020-ci il ərzində.
Tender iştirakçıları öz tender təkliflərini "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) manat məbləğində iştirak haqqını "Asan Ödəniş” vasitəsilə göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi
Hesab №: AZ61CTRE00000000000002088403
VÖEN: 1300498771
Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
Büdcə təsnifatının kodu: 142330
Büdcə səviyyəsinin kodu: 7
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderde iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı (01.04.2020-ci il tarixdən sonra alınmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (01.04.2020-ci il tarixdən sonra alınmalıdır);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi) və dövlət qeydiyyatı haqqında şəhadətnamənin və reyestrdən çıxarışın surətləri (notarial qaydada təsdiq olunmalıdır);
- təşkilatın rəsmi blankında dərc olunmuş rekvizitləri (notarial qaydada təsdiq olunmalıdır).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 19 may 2020-ci il saat 13:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 01 iyun 2020-ci il saat 13:00-a qədər vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 02 iyun 2020-ci il tarixdə saat 13:00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri haqda Portal vasitəsi ilə tanış ola bilərlər.
E-şərtlər toplusunu 25 aprel 2020-ci il saat 20:00-dan sonra əldə etmək olar.
Elektron açıq tender üsulu ilə keçirilən müsabiqə "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılacaqdır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!