24 Iyul 2021 00:54
924
ELANLAR
A- A+

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİ

 

2021-ci il üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli, 356s nömrəli sərəncamı ilə təsdiq edilmiş plana əsasən aşağıdakı ixtisaslara fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

 

Doktorantura

 

İxtisasın şifri

 

Elm sahələri və ixtisaslar

 

 

Cəmi

 

Büdcə

hesabına

əyani

qiyabi

5611.01

Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ

 

1

-

1

 

5612.01

Cinayət prosesi, kriminalistika və məhkəmə

ekspertizası; əməliyyat-axtarış fəaliyyəti

 

1

-

1

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində doktoranturaya qəbul imtahanından keçid balı toplamış Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

 

Dissertantura

 

 

İxtisasın

şifri

 

 

Elm sahələri və ixtisaslar

 

 

 

Büdcə

hesabına

 

5611.01

Cinayət hüququ və kriminologiya; cəza-icra

hüququ

 

2

 

5612.01

Cinayət prosesi, kriminalistika və məhkəmə

ekspertizası; əməliyyat-axtarış fəaliyyəti

 

2

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı 2 (iki) il elmi və ya elmi-pedaqoji iş stajına malik, cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində dissertanturaya qəbul imtahanından keçid balı toplamış elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.

 

Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqəsi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə 15-20 səhifəlik referat;

- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri (xairici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil sənədinin tanınması barədə Təhsil Nazirliyinin şəhadətnaməsi);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyənlər 2021-ci ilin

sentyabrın 1, 2 və 3-də fəlsəfə fənnindən, sentyabrın 9 və 10-da isə ixtisas fənnindən imtahan verəcəklər.

Doktorantura və ya dissertanturaya sənədləri təqdim edən şəxslər qeydiyyatı Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmaqla həyata keçməlidirlər.

Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 2021-ci il iyulun 26-dan avqustun 15-dək  hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Məhkəmə Ekspertizası Mərkəzində qəbul ediləcəkdir.

Əlavə məlumat üçün Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinə müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 24.

Telefon: 498-72-32

Elektron ünvan: [email protected]

 

 

                                                                                                                     

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video