05 Iyul 2021 16:07
769
İQTİSADİYYAT
A- A+

Azərbaycan Qazaxıstanla əməkdaşlığı genişləndirir

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın "Samruk-Kazyna" SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, "KazMunayQaz" SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və həmkarları ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti barədə məlumat verən M.Cabbarov "Samruk-Kazyna" SC ilə kooperativ idarəetmə sahəsində təcrübə mübadiləsinin, iqtisadiyyata özəl investisiyaların cəlb edilməsinin, portfel şirkətlərin rəqəmsal transformasiyasının əhəmiyyətini diqqətə çatdırıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz sahəsində əməkdaşlıq, birgə layihələrin icrası məsələləri müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video