06:51 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidentinin “BBC News” kanalının ittihamlarına cavabı Çində xüsusi maraqla izlənilir
 
ANA SƏHİFƏ / SİYASƏT
16:06 13.05.2021

“Weibo” sosial şəbəkəsində həmin videoya baxanların sayı 40 milyonu ötüb

 

Prezident İlham Əliyevin ötən il noyabrın 6-da “BBC News”a müsahibə verərkən jurnalistin azad media ilə bağlı ittihamlarına tutarlı cavabları Çin ictimaiyyətində çox böyük marağa səbəb olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin müsahibəsinin bəzi media orqanlarının müxtəlif ölkələrdə azad media və insan hüquqları ilə bağlı saxta və qərəzli məlumatlar yaymasına sərt etirazı, xarici media orqanlarının öz ölkələrində oxşar problemlərə göz yumaraq, başqa dövlətlərə dərs keçmək niyyətini açıq ifşa etməsi barədə hissəsi bir neçə gündür Çinin bütün sosial şəbəkələrində və messencerlərində, o cümlədən “Weibo”, “Wechat”, “Bilibili”, “Duoyin”, “Tuotiao”da geniş müzakirə olunur və trendə çevrilib. Maraqlı məqamlardan biri də odur ki, Çinin rəsmi xəbər agentliyi “Sinxua”, Çin Kommunist Partiyasının rəsmi qəzeti “Jenmin Jibao”, habelə nüfuzlu “China Daily” qəzeti, Çin Mərkəzi Televiziyası (CCTV) və Çin Beynəlxalq Radiosu, tanınmış blogerlər Azərbaycan Prezidentinin “BBC News”a videomüsahibəsinin mövzuya dair hissəsini sosial şəbəkələrdə paylaşıblar. Mayın 7-dən başlayan bu proses zamanı həmin həştəq altındakı videoları təkcə “Weibo” sosial şəbəkəsində (tviterin Çin alternativi) izləyənlərin sayı 40 milyonu ötüb və bu rəqəm getdikcə artır. Günün bəzi saatlarında həmin həştəq üzrə videolara baxış sayı bir dəqiqə ərzində 133 minə çatıb. “Weibo” istifadəçiləri Prezident İlham Əliyevin məlum fikirləri ilə bağlı 9472 dəfə müzakirə açıblar. İstifadəçilər qeyd ediblər ki, Azərbaycan Prezidenti “BBC News” kanalının əməkdaşına oxşar problemlə üzləşən Çin ictimaiyyətinin demək istədikləri fikirləri söyləyib.

Həmin videoya “Tuotiao” platformasında 5 milyona yaxın, “Bilibili”də 1,5 milyondan çox baxış olub. Bundan başqa, “Wechat” mesencerində və “Duoyin” (“Tik-tok”un Çin versiyası) platformasında da xeyli paylaşılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin həmin müsahibəsi ilə bağlı tviterdəki paylaşımı 3,5 milyondan çox insan izləyib, 97,5 mindən çox insan bəyənib, 37,6 minə qədər insan isə videonu öz profilində paylaşıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM