15 Fevral 2012 01:02
456
Təhsil
A- A+

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının akkreditasiyasına başlanılacaqdır

 

Sabah Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası tərəfindən Azərbaycanda bir orta və bir ali məktəbin akkreditasiyasına başlanılacaq. Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev AzərTAc-a bildirmişdir ki, həmin məktəblər Bakı şəhər 164 nömrəli tam orta məktəb və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır.

Qeyd edək ki, orta məktəblərin akkreditasiyası üçün ilkin olaraq 11 pilot məktəb seçilmişdir. Həmin məktəblər Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Bakı şəhər 225, Şirvan şəhər 16 nömrəli tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Mingəçevir şəhər 10 nömrəli, Ağdaş rayon 1, Lənkəran rayon 4 və 6 nömrəli məktəblər, Şəki şəhər 3 nömrəli, Quba rayon 2 nömrəli tam orta məktəblərdir.

Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey və Bakı şəhər 225 saylı tam orta məktəblərinin akkreditasiyası həyata keçirilib və nəticələr yaxın vaxtlarda açıqlanacaqdır.

Akkreditasiya olunacaq ali məktəblər isə Azərbaycan Aqrar Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Dövlət Universitetidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video