01 Oktyabr 2011 07:10
536
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya işgüzar səfəri

 

Prezident İlham Əliyev Varşavada Avropa İttifaqının «Şərq tərəfdaşlığı» sammitində iştirak etmişdir

 

Sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.   

Sammitin iştirakçıları birgə foto çəkdirdilər.

Avropa İttifaqı ölkələrinin, eləcə də "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammiti hazırda təşkilata sədrlik edən Polşanın Baş naziri Donald Tusk giriş sözü ilə açaraq qonaqları salamladı, "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyəti haqqında danışdı. 

Bildirildi ki, sammitin keçirilməsində əsas məqsəd "Şərq tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir.

Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparıldı.

Sonra Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində birgə bəyannamə qəbul edildi.

İki ildən bir təşkil edilən "Şərq tərəfdaşlığı" sammiti ilk dəfə 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilmişdir. "Şərq tərəfdaşlığı" Proqramı da məhz həmin sammitdə qəbul edilmişdir.

"Şərq tərəfdaşlığı" təşəbbüsü 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülmüşdür.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video