14 Oktyabr 2011 06:10
388
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı prezidentlərin və baş nazirlərin ilk rəsmi səfərlərini qardaş ölkəyə etdiklərini vurğulayaraq bu ənənənin nazirlər səviyyəsində də davam etməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, xüsusilə də müdafiə sahəsində uğurla inkişaf etdiyini qeyd etdi. Dövlətimizin başçısı Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında  əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğuladı.

Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə və Azərbaycan xalqına salamlarını və ehtiramını çatdırdı. İsmet Yılmaz nazir təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu bildirdi. Ulu öndər Heydər Əliyevin dediyi: "bir millət, iki dövlət" kəlamına toxunan türkiyəli nazir bunun artıq bütün dünyada qəbul olunduğunu vurğuladı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını qardaş ölkənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video