10:42 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
ANA SƏHİFƏ / QƏBULLAR
02:11 22.11.2011

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisi üzvlərinin ilk rəsmi səfərlərinin məhz Azərbaycana etmələrinin önəmini vurğulayaraq bu ənənənin hökumət üzvləri ilə yanaşı, parlament üzvləri tərəfindən də davam etdirilməsindən  məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Türkiyə Respublikasının Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına  əminliyini ifadə etdi. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı parlamentlərarası əlaqələrin gələcəkdə də yüksək səviyyədə olacağına ümidvar olduğunu bildirdi.

Volkan Bozkır Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin ilk xarici səfərinin Azərbaycana etməsinin onlar üçün mühüm bir vəzifə olduğunu dedi. O, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəyin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edən Volkan Bozkır dünyada və bölgədə ciddi problemlərin mövcud olduğu bir şəraitdə ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin önəmli hadisə olduğunu dedi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəyin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə, Baş nazirə və Böyük Millət Məclisinin Sədrinə çatdırmağı xahiş etdi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM