09:08 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir
ANA SƏHİFƏ / QƏBULLAR
07:10 07.10.2011

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir.

Dövlətimizin başçısı İlham Əliyev dedi:

- Mən sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz. Çox şadam ki, ölkəmizdə toplaşmısınız. Bilirəm ki, bu cür görüşlər müntəzəm keçirilir. Mən çox şadam ki, bildiyimə görə, dost dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri arasında yaxşı qarşılıqlı anlaşma vardır, səylərin əlaqələndirilməsi mövcuddur və bu, çox vacibdir. Müasir dünyada informasiya mübadiləsi, təhlükələrin aradan qaldırılması üzrə əlaqələndirmə və birgə tədbirlər müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, təhlükəsizliyi daha uğurla təmin etmək yalnız birgə səylərlə mümkündür.

Prezident İlham Əliyev dost ölkələrin xüsusi xidmət orqanları arasındakı qarşılıqlı fəaliyyətin gələcək təhlükələrə qarşı birgə mübarizədə uğurlu olacağına əminliyini bildirdi. Dövlətimizin başçısı müasir dünyada terror təhlükələrinə qarşı birgə mübarizənin xüsusi önəm daşıdığını vurğuladı. Prezident İlham Əliyev əlaqələndirmə, informasiya mübadiləsi, qarşılıqlı yardım və dəstəyin xüsusi xidmət orqanları qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən olduğunu qeyd etdi.

Azərbaycan Prezidenti dedi:

- Əminəm ki, Bakıda keçirilən görüş sizin əlaqələrinizi daha da möhkəmləndirəcəkdir. Bu, bizim regionda sülhün möhkəmləndirilməsinə, vətəndaşlarımızın təhlükəsizliyinə, ölkələrimizin sabit inkişafına xidmət edəcəkdir. Sizə uğurlar, yaxşı iş və yaxşı nəticələr arzulayıram.

Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan bu tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlıq etdi. Bildirdi ki, bölgədə mövcud olan təhlükələrin birgə əməkdaşlıq şəraitində aradan qaldırılmasında xüsusi xidmət orqanlarının əməkdaşlığı faydalıdır və əlaqələr gücləndikcə bu təhlükələr də zəifləyir. Hakan Fidan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçına çatdırdı.

Prezident İlham Əliyev onun da salamlarını Türkiyə hökumətinin başçısına çatdırmağı qonaqdan xahiş etdi.

Azərbaycan tərəfinə gözəl qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayev bildirdi ki, bütün səylər regionda mövcud olan təhlükələrin aradan qaldırılması üçün qarşılıqlı fəaliyyətə yönəlib. Bir neçə il bundan əvvəl Bakıda olduğunu, ötən müddətdə paytaxtımızda böyük inkişafın yaşandığını, budəfəki səfəri zamanı bütün bunların şahidi olduğunu deyən Nurtay Abıkayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı Nursultan Nazarbayevin salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev bir daha ölkələrimizin xüsusi xidmət orqanları arasında səmərəli əməkdaşlığa toxundu. Dövlətimizin başçısı mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün səylərin səfərbər olunmasının vacibliyini diqqətə çatdırdı. Prezident İlham Əliyev bu məsələdə qarşılıqlı fəaliyyətin önəmini vurğuladı və regiondakı təhlükələrə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd etdi. Azərbaycan Prezidenti bir daha Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Bakıda keçirilən 14-cü iclasının işinə uğurlar arzuladı.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM