13 Dekabr 2011 03:12
546
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycanın Meksika ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində genişləndirməyin zəruriliyini qeyd etdi. Meksika Senatı nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından önəmini vurğulayan dövlətimizin başçısı bundan sonra bu cür qarşılıqlı səfərlərin bir ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirdi.

Karlos Ximenes Masias Meksika Senatının müxtəlif siyasi partiya təmsilçilərindən ibarət nümayəndə heyəti ilə ölkəmizə səfər etdiklərini bildirdi. O, ölkəmizin sürətli inkişafı barədə məlumatlı olduqlarını dedi. Karlos Ximenes Masias bildirdi ki, Meksika parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcəkdir.   Meksikalı qonaq ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Karlos Ximenes Masias Azərbaycanın energetika sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulayaraq Meksikanın bu sahədə ölkəmizlə əməkdaşlıq etməsinin önəmini də qeyd etdi.     

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video