02 Dekabr 2011 01:12
497
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın ölkəmizdəki səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Danimarka Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir.

Səfir Ruben Madsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.               

Ruben Madsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.                

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.             

Dövlət başçısı Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı baxımından hazırda ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlət başçısı səfir Ruben Madsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi.                

Səfir Ruben Madsen Danimarka Kraliçası Ülyahəzrət Marqretenin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırdı. Ruben Madsen Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında yaxşı əməkdaşlığın mövcud olduğunu qeyd etdi. Danimarkalı diplomat Azərbaycan iqtisadiyyatının Avropada sürətli artım tempinə malik iqtisadiyyat olduğunu vurğuladı. Ruben Madsen səfir kimi ölkəmizdəki fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlət başçısı Ülyahəzrət Marqretenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Danimarka Kraliçasına çatdırmağı xahiş etdi. 

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video