14 Oktyabr 2011 06:10
377
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanın etimadnaməsini qəbul etmişdir.

Səfir Piter Beytman fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Piter Beytman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf etdiyini dedi. Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda, biznes və mədəniyyət sahələrindəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev əlaqələrimizin yaxşı ənənəyə malik olduğunu və  bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Diplomat Piter Beytman Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin Azərbaycan Prezidentinin, onun ailəsinin və Azərbaycan xalqının  rifahı naminə ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirdi. Piter Beytman Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetlə bir neçə il bundan əvvəlki görüşünü məmnunluqla xatırladı. 

Dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Kraliçaya çatdırmağı xahiş etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video