24 Noyabr 2011 03:11
524
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişi qəbul etmişdir.

Yan Kubiş Slovakiyanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsində çalışarkən Azərbaycana səfər etdiyini xatırlayaraq ötən dövr ərzində ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olduğunu dedi və qazanılan uğurlar münasibətilə dövlət başçısını təbrik etdi. Azərbaycanın enerji siyasətini və regional nəqliyyat layihələrini yüksək qiymətləndirən Yan Kubiş BMT-nin xüsusi qətnaməsi və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən Avrasiya informasiya magistralı layihəsinin icrasına görə BMT rəhbərliyi adından dövlət başçısına minnətdarlığını bildirdi.  BMT-nin müxtəlif sahələr üzrə beynəlxalq mərkəzlər yaratdığını vurğulayan qonaq ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətli inkişafını nəzərə alaraq təmsil etdiyi qurumun bu sahə üzrə beynəlxalq mərkəzi Azərbaycanda yaratmağa maraqlı olduğunu dedi.    

Dövlət başçısı bildirdi ki, Azərbaycan enerji və regional nəqliyyat layihələrinin həyata keçirilməsi işində artıq özünü etibarlı tərəfdaş kimi göstərib. Ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının gələcək inkişafında bu sahənin rolunu yüksək qiymətləndirdi. BMT-nin həyata keçirdiyi müxtəlif layihələrin əhəmiyyətini qeyd edən dövlət başçısı BMT-nin informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaradılması fikrinin də önəmli olduğunu vurğuladı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video