02 Dekabr 2011 01:12
573
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin ölkəmizdəki səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Banqladeş Xalq  Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul etmişdir.

Səfir Zulfiqur Rəhman fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Zulfiqur Rəhman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Banqladeş Xalq  Respublikası arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini vurğuladı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Banqladeş arasında ikitərəfli əlaqələrin bütün sahələrdə genişləndirilməsi üçün səyləri daha da artırmağın zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı səfir Zulfiqur Rəhmanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Zulfiqur Rəhman Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəsinin Azərbaycanı bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə dəstəkləməkdə davam edəcəyini dedi. Zulfiqur Rəhman Azərbaycanın Banqladeşi müxtəlif beynəlxalq forumlarda dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı qəbul olunmuş qətnaməyə və BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı ölkəmizə verdiyi dəstəyə görə Banqladeş hökumətinə minnətdarlığını bildirdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video