05 Oktyabr 2011 01:10
546
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Buzovna qəsəbəsində yeraltı piyada keçidlərinin açılışında iştirak etmişdir

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobillərin və piyadaların daha sıx olduğu Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 12-ci  kilometrliyində yeni inşa olunmuş yeraltı piyada keçidinin açılışında iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına keçidin texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, tikintisinə bu ilin iyununda başlanılmış keçid Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun bu hissəsində nəqliyyatın hərəkətinin  tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dörd girişi olan keçidin ümumi uzunluğu 44, eni  6, hündürlüyü isə 3 metrdir. Tikinti işləri zamanı yerli və xarici materiallardan istifadə olunmuş keçiddə müasir işıqlandırma sistemi quraşdırılmış, məhəccərlər isə paslanmayan metaldan düzəldilmişdir. Pilləkənlərdə əlil arabalarının hərəkəti üçün ayrıca panduslar quraşdırılmışdır. Keçidin istifadəyə verilməsi piyadaların və nəqliyyatın sıx olduğu bu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını da aradan qaldıracaqdır. 

* * *

Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 11-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, piyada keçidinin tikintisinə bu ilin mayında başlanmışdır. Burada yaşayış binalarının, məktəbin və iaşə obyektlərinin olması keçidin tikilməsi zərurətini yaratmışdır. Piyadaların və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi baxımından da əhəmiyyətli olan keçidin tikinti işləri müasir texniki üsullardan istifadə edilməklə yüksək səviyyədə aparılmışdır. İnşaat işləri zamanı yerli və xarici materiallardan istifadə olunmuşdur.

Bildirildi ki, uzunluğu 48, eni 6, hündürlüyü isə 3 metr olan keçiddə piyadalar yaxınlaşarkən avtomatik işə düşən işıq sistemi quraşdırılmışdır. Bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir. Keçidin pilləkənlərində əlil arabalarının hərəkəti üçün ayrıca panduslar düzəldilmişdir.  

Dövlətimizin başçısına həmçinin ərazidə aparılan abadlıq işləri barədə də ətraflı məlumat verildi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video