12 Oktyabr 2011 02:10
371
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun  Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylı qəbul etmişdir.

Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə toxunan Əhməd Zevayl forumda Azərbaycan Prezidenti İlham Əliyevin nitqini, xüsusilə, dövlət başçısının elmlə, təhsillə bağlı fikirlərini yüksək qiymətləndirdi.  O,  ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirdi. Prezident İlham Əliyev bu cür tədbirlərin beynəlxalq əməkdaşlıq, qarşılıqlı anlaşma baxımından önəmini qeyd etdi. Azərbaycanı müasir ölkə kimi inkişaf etdirməyin qarşıya məqsəd qoyulduğunu deyən dövlət başçısı buna elmin, təhsilin yüksəlişi sayəsində çatmağın mümkün olduğunu vurğuladı. 

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video