02 Fevral 2012 02:02
618
Milli Məclis
A- A+

Azərbaycan parlamentində çoxpartiyalı sistem bərqərar olub

 

Dünən Milli Məclisdə ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrexlə parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin görüşü keçirilib. 

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı  Mübariz Qurbanlı diplomatlara  Azərbaycan parlamentinin fəaliyyəti barədə ətraflı məlumat verib. M.Qurbanlı deyib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra beynəlxalq təşkilatlarla əlaqələrə xüsusi diqqət yetirib. Eləcə də Avropa Şurası və onun ayrı-ayrı qurumları ilə əməkdaşlıq əlaqələri yaradılıb.  Rəsmi Bakı bu əlaqələrə çox böyük önəm verir. 2001-ci ildən Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvüdür. M.Qurbanlı diqqətə çatdırıb ki, bu gün Azərbaycan parlamentində çoxpartiyalı sistem əsasında 11 siyasi partiya fəaliyyət göstərir. Bu görüşə 9 partiyanın nümayəndəsi qatılıb. Parlamentdə siyasi partiyaların hamısı üçün bərabər şərait yaradılıb.

Sonra çıxış edən AŞ PA-nın həmməruzəçisi Pedro Aqramunt de Mora Azərbaycanda həyata keçirilən demokratik, hüquqi islahatları yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video