23 Oktyabr 2011 12:10
292
Təhsil
A- A+

Azərbaycan nümayəndə heyəti MDB-nin üzvü olan dövlətlərin elm və yaradıcı ziyalılarının VI forumunda iştirak edir

 

Oktyabrın 21-də Ukraynanın paytaxtı Kiyevdə MDB-nin üzvü olan dövlətlərin elm və yaradıcı ziyalılarının VI forumu öz işinə başlamışdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, plenar iclas, "dəyirmi masa" və 6 seksiyadan ibarət olan forumda təhsil, elm, texnologiya, innovativ inkişaf, sağlam həyat tərzi, ekologiya və təbiət-qoruq fondu, tarixi-mədəni irs, mədəni turizm, klassik və müasir incəsənət, ədəbiyyat, kitab nəşri, tərcümə, informasiya texnologiyaları və kommunikasiyalar üzrə müzakirələr aparılır.

 Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, pianoçu, əməkdar artist, Prezident mükafatçısı Murad Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin sektor müdiri Rauf Paşayev və digər dövlət qurumlarının təmsilçiləri daxildirlər.

Forum oktyabrın 22-də başa çatacaqdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video