26 Noyabr 2011 01:11
321
SİYASƏT
A- A+

Azərbaycan NATO ilə ikitərəfli əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi göstərir

 

Noyabrın 25-də Bakıda ölkəmizin xarici siyasət idarəsinin və Azərbaycan-NATO Beynəlxalq Məktəbinin birgə təşkilatçılığı ilə "Müstəqilliyin 20-ci ildönümü: Azərbaycanın xarici siyasətinin təkamülü" mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Azərbaycan Diplomatik Akademiyasının (ADA) təmsilçiləri, Şimali Atlantika Alyansının üzvü olan və tərəfdaş ölkələrinin respublikamızdakı səfirləri, ekspertlər, tələbələr, jurnalistlər iştirak etmişlər.

Konfransda Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkənin xarici siyasətində olan aktual məsələlər, prioritetlər, inkişaf istiqamətləri, beynəlxalq təşkilatlara inteqrasiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan işlər, NATO-Azərbaycan əməkdaşlığı və digər məsələlər barədə müzakirələr aparılmışdır.

Xarici işlər nazirinin müavini Araz Əzimov konfransı açaraq Azərbaycanın müstəqillik tarixindən danışmışdır. Nazir müavini vurğulamışdır ki, Azərbaycan son 20 ildə böyük inkişaf yolu keçmiş, Avropa ölkələri ilə yüksək səviyyəli əlaqələr qurmuşdur. Bu siyasət indi də uğurla davam etdirilir.

Azərbaycanın zəngin təbii sərvətlərə malik olduğunu qeyd edən A.Əzimov demişdir ki, ölkəmiz istər regionda, istərsə də dünyada enerji layihələrində mühüm rol oynayır. Bu gün Azərbaycan əsas tranzit ölkəyə çevrilmişdir. Azərbaycanın iştirak etdiyi mühüm layihələr Şərq ilə Qərbin birləşdirilməsinə xidmət edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini vurğulamışdır ki, bu məsələnin həlli istiqamətində bütün vasitələrdən istifadə edilir.

"ABŞ-Azərbaycan əlaqələri: xarici tərəfdaşlıq" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, erməni diasporu hazırda ABŞ-da qarşısına qoyduğu məqsədlərə çata bilmir. Regionumuz haqqında ABŞ cəmiyyətinə çatdırdığımız düzgün informasiyalar Vaşinqtonun hazırkı xarici siyasətinin formalaşmasına təsir edir.

Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın prioritet məsələlərindən birinin terrorla mübarizə olduğunu qeyd edən H.Paşayev vurğulamışdır ki, ölkəmizin apardığı uğurlu enerji siyasəti ABŞ-ın regiona marağının artmasına səbəb olmuşdur. Mövcud vəziyyət göstərir ki, ABŞ-ın Azərbaycana marağı daha böyükdür, bu da ölkəmizin regionda siyasi çəkisinin və əməkdaşlıqda sadiqliyinin göstəricisidir.

"Azərbaycanda müdafiə islahatlarına NATO-nun dəstəyi" adlı məruzə ilə çıxış edən Şimali Atlantika Alyansı baş katibinin müavini Hüseyn Diriöz bildirmişdir ki, keçən il NATO-nun Lissabondakı  toplantısında təşkilatın yeni strateji konsepsiyası qəbul olunmuşdur. Konsepsiyada qlobal təhlükələrə qarşı və dünyanı narahat edən məsələlərin həlli istiqamətində NATO-nun tərəfdaş ölkələrlə birgə fəaliyyəti nəzərdə tutulmuşdur.

H.Diriöz vurğulamışdır ki, artıq NATO üçün ortaq fəaliyyət daha əhəmiyyətlidir. Buna görə də NATO-nun Azərbaycan ilə əlaqələrini bu sıraya aid etmək olar. Azərbaycanın son illər ərzində NATO ilə əlaqələrinə də toxunan Alyansın rəsmisi qeyd etmişdir ki, ölkəmiz ikitərəfli əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi göstərir.

H.Diriöz demişdir ki, Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə də yaxından iştirak edir.

Daha sonra konfransda "Müstəqilliyin ilk illəri: çağırışlar və Azərbaycanın xarici siyasəti", "Həll olunmamış münaqişələrin Cənubi Qafqazın demokratikləşməsinə təsiri", "NATO-Azərbaycan: əməkdaşlıq çərçivəsində inkişaf edən tərəfdaşlıq" mövzularında məruzələr dinlənilmişdir.

Sonda məruzələr ilə bağlı fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video