02 Dekabr 2011 12:12
375
Mədəniyyət
A- A+

«Azərbaycan nağılları»nı ingilisdillilər də oxuyacaqlar

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Türkiyədə ingilis dilində nəfis şəkildə nəşr olunan "Azərbaycan nağılları"nın və eyni adlı diskin təqdimolunma mərasimi keçirilib.

Dünya ədəbi nümunələrinin   müxtəlif dillərə çevrilməsi mədəni həyatda əlamətdar hadisə hesab edilir. Azərbaycan ədəbiyyatının ayrı-ayrı bölmələrinin, o cümlədən folklor nümunələrinin də  avropalıların dilinə çevrilməsi istiqamətində son illər  bir çox layihələr həyata keçirilir ki, bunda da Heydər Əliyev Fondunun  göstərdiyi təşəbbüs mühüm rol oynayır. Belə layihələrin reallaşması, yalnız Azərbaycan xalqının maddi və mənəvi  sərvətlərinin qorunub saxlanması deyil, həmçinin dünya mədəniyyətinə qovuşması və təbliği deməkdir.

Layihə rəhbəri Leyla Əfəndiyeva, rəsmlərin müəllifi xalq rəssamı Arif Hüseynov olan "Azərbaycan nağılları" kitabının təqdimolunma mərasimində mədəniyyət nazirinin müavini Vaqif Əliyev  xalqımıza məxsus ədəbi nümunələrin, xüsusən də, folklorun ingilisdilli oxuculara çatdırılmasının əhəmiyyətini qeyd edib.

Üz qabığı dəri məmulatından hazırlanmış kitabda Azərbaycan xalqına məxsus 72 nağıl və 40 illüstrasiya toplanıb. Kitabı ingilis dilinə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin xarici dillər kafedrasının baş müəllimi, tərcüməçi Səadət İbrahimova  çevirib.

Yenicə işıq üzü görməsinə baxmayaraq, "Azərbaycan nağılları" İstanbul və Frankfurtda keçirilən kitab sərgisində nümayiş olunub və yüksək dəyərləndirilib. Onu da xatırlatmaq yerinə düşərdi ki, kitab satış üçün deyil, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirlikləri vasitəsilə diplomatik korpuslara hədiyyə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video