18 Avqust 2011 07:08
447
İQTİSADİYYAT
A- A+

Azərbaycan müəssisəsinin nümayəndələri Xəzərin Türkmənistan sektorunda işləyəcəklər

 

ARDNŞ-nin "Neftqaztikinti" tresti ilə "Level Oil & Gas Corporation" şirkəti arasında "LAM-C dəniz platformasının yüklənməsi, dənizdə bərkidilməsi, daşınması və quraşdırılması üzrə kompleks işlər" üçün subpodrat saziş imzalanıb.

Layihəyə əsasən, trest hər birinin çəkisi təqribən 200 ton olan 4 hissəli 2 dayaq blokunun, hərəsi təqribən 400 tonluq 4 hissədən ibarət üst modulların, 2 ədəd gəmi yanalma meydançasının, fakelin, kranın və digər qurğuların tikinti yerinə nəqlini və quraşdırılmasını həyata keçirəcək. İşlərin 3 ay müddətinə başa çatdırılacağı nəzərdə tutulur. Sifarişçi Türkmənistanın "Dragon Oil LTD" şirkəti, baş podratçı isə Türkiyənin "İlk İnşaat Taahhüt Sanayi ve Ticaret LTD.Şti." şirkətidir.

Layihənin icrası məqsədilə "Neftqaztikinti" trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin 24 nəfərdən ibarət ilk heyəti Xəzərin Türkmənistan sektorundakı "LAM" yatağına yola düşüb. Bu, Xəzərin sözügedən sektorunda trest tərəfindən icra olunacaq iri layihələrin başlanğıcı kimi dəyərləndirilir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video